01:40 23 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Bakıda turistlər

Mayda Bakıya Rusiyadan turist axını olacaq

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
6620

Bakı may ayındakı bayram günlərində rus turistlərin səyahət üçün üstünlük verdiyi MDB ölkələrinin şəhərləri arasında top-3-lüyünə daxildir.

BAKI, 13 aprel — Sputnik. Bakı may ayındakı bayram günlərində rus turistlərin səyahət üçün üstünlük verdiyi MDB ölkələrinin şəhərləri arasında top-3-lüyünə daxildir.

Rusiyanın qabaqcadan qalmaq üçün yer sifarişi qəbul edən xidmətinə məxsus Tvil.ru saytı rusiyalı turistlərin may bayramı günlərində MDB məkanındakı hansı şəhərlərdə tez-tez yer bron etdiyi barədə reytinqi açıqlayıb.

Reytinq otel və apartamentlərdə 29 aprel — 10 may 2018-ci il il tarixlərinə yer sifarişinə dair sorğuların analizi əsasında hazırlanıb. Rusiyada bayram günləri aprelin 29-dan mayın 2-nə qədər, eləcə də 5, 6, 9 may tarixlərindədir.

Minsk, Astana, Bakı, Yerevan və Brest rusiyalı turistlərin may bayramı günlərində turist səyahəti etməyə üstünlük verdiyi şəhərlərin top-5-liyinə daxildir.

Tvil.ru-nun məlumatına görə, turistlər mayın əvvəllərindən etibarən Bakıda orta hesabla 4 gecə keçirmək niyyətindədir. Onlar bunun üçün sutkada orta hesabla 3,3 min rubl xərcləyəcəklər.

MDB-nin may bayramı günlərində rus turistlərin üstünlük verdiyi şəhərlərin top-5-liyi və tələb olunan xərclər belədir:

1. Minsk — 2,8 min rubl/ 3-5 gecəyə

2. Astana — 3,2 min rubl/ 2-5 gecəyə

3. Bakı — 3,3 min rubl/ 4 gecəyə

4. Yerevan — 2,8 min rubl/ 4 gecəyə

5. Brest — 2 min rubl/ 1,5 gecəyə

Əsas mövzular