18:07 22 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Böyük Britaniyanın daxili işlər naziri Tereza Mey

Böyük Britaniya Suriyaya hərbi müdaxilə barədə yekun qərarını bu gün verəcək

© Foto : Getty Images
XƏBƏRLƏR
Qısa URL
21 0 0

Böyük Britaniyanın Nazirlər Kabineti Suriyaya hərbi müdaxiləni müzakirə etmək üçün bu gün toplanır

BAKI, 12 aprel — Sputnik. Böyük Britaniyanın Nazirlər Kabineti Suriyaya hərbi müdaxiləni müzakirə etmək üçün bu gün toplanır. Günorta saatlarında keçiriləcək iclasda hökumət razılıq verərsə, ABŞ-ın Suriyaya qarşı mümkün hərbi müdaxiləsinə Britaniyanın dəstək verməsinin yolu açılacaq.

Sputnik Azərbaycan "BBC"yə istinadla xəbər verir ki, Böyük Britaniyanın baş naziri Tereza Mey (Theresa May) Suriyadakı kimyəvi silahdan istifadə iddialarına hökumətin verəcəyi cavabı müzakirə etmək üçün çağırış edib.

Britaniyalı nazirlər Suriyaya hərbi cavabın verilib-verilməyəcəyini müzakirə edəcək.

Günorta saatlarında keçiriləcək iclasda hökumətin razılıq verməsi halında, ABŞ-ın Suriyaya qarşı mümkün hərbi müdaxiləsinə Britaniyanın dəstək verməsinin yolu açılacaq.

"BBC"yə danışan mənbələr Tereza Meyin parlamentdən razılıq almadan Suriyada hərbi müdaxiləyə iştirak qərarı almaq üçün hazır olduğunu deyiblər.

Qeyd edək ki, ABŞ, Böyük Britaniya, Fransa və bir neçə Qərb ölkəsi Suriya hökumət qüvvələrinin aprelin 7-də Duma şəhərində kimyəvi silahdan istifadə etdiyini iddia edir. Rəsmi Dəməşq, Rusiya və İran ittihamları rədd edərək, iddiaların əsassız olduğunu deyiblər.

Əlaqədar

ABŞ donanması və Britaniya aviasiyası hərəkətə keçdi, əsgərlər ailələri ilə vidalaşdılar
Rusiyaya qarşı diplomatik müharibə elan edən Britaniya yeni hədəfini göstərdi
Politoloq Rusiya-Böyük Britaniya gərginliyinin təhlükələrini açıqladı
Politoloq: “Britaniya Rusiyanın Şərqi Avropada apardığı siyasətdən narahatdır”
Böyük Britaniya Rusiyaya qarşı birtərəfli qaydada "savaş" elan etdi
Teqlər:
Böyük Britaniyanın baş naziri Tereza Mey, Tereza Mey, Suriya, Böyük Britaniya

Əsas mövzular