İki min dollara satılan toyuğun yumurtalarını ölkəyə gətirdilər

Abunə olmaq
Dong Tao toyuğu olaraq da adlanan vyetnamlı əjdaha toyuqlar 2 min dollara satılır

BAKI, 12 aprel — Sputnik. İstanbul Gömrük İdarəsinin əməkdaşlarını Atatürk Hava limanına Vyetnamdan gələn 3 turistin şübhəli hərəkətləri cəlb edib. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, gömrük işçiləri turistləri bir müddət izləyiblər.

Şübhəlilər Fatih.B, Murad.B və Murad.T-nin gətirdikləri əşyaların icindən 802 ədəd fərqli yumurta çıxıb. Turistlər yumurtaları qırılmasın deyə xüsusi qablaşdırıblar.

Araşdırma nəticəsində yumurtaların Vyetnamda bəslənilən böyük toyuqların olduğu müəyyənləşdirilib. Yumurtaların inkubatora qoyub cücə çıxarmaq üçün gətirildiyi məlum olub.

"Dong Tao" toyuğu olaraq da adlanan əjdaha toyuqlar Vyetnamda 2 min dollara satılır.

Xəbər lenti
0