13:48 20 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0255
  • USD1.7000
  • EUR1.9852
Nəsimi rayon 13 saylı seçki məntəqəsi

Ən uzunömürlü seçici öz hüququndan belə istifadə edib - VİDEO

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
11810

Nəcimə nənə yeni seçiləcək prezidentdən ölkədəki əmin-amanlığı qorumağı da xahiş edib

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 12 aprel — Sputnik. Dünən Siyəzən rayonunun ən uzunömürlü sakini, 1909-cu il təvəllüdlü Dəmirova Nəcimə Cənnətəli qızı səsvermə hüququndan istifadə edib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, 109 yaşlı seçici səhhətinə görə seçki məntəqəsinə gedə bilməyib, yaşadığı evdə səs verib.

O, 54 saylı Şabran-Siyəzən Dairəsinin Böyük Həmyədəki 59 saylı məntəqəsindən gətirilmiş daşınan qutu vasitəsilə seçkiyə qatılıb. Nəcimə xanım öz səsini prezident görmək istədiyi şəxsə verdiyini bildirib.

109 yaşlı seçici bir çox hakimiyyətlərin dövründə yaşadığını və müqayisə etdikdə, indiki hakimiyyət quruluşundan razı qaldığını bildirib. Nəcimə nənə yeni seçiləcək prezidentdən ölkədəki əmin-amanlığı qorumağı da xahiş edib.

Qeyd edək ki, Qusarın ən uzunömürlü sakinlərindən biri olan 103 yaşlı Nazirat Vəlimətova da dünən öz səsvermə hüququndan istifadə edib. O, prezident seçkilərinə qatılaraq dəstəklədiyi namizədə səs verib.

Əlaqədar

Alman deputat: "Almaniyada belə şəffaf seçki qutuları yoxdur"
Azərbaycanda 100 yaşlı kişidən seçki məntəqəsində maraqlı jest - VİDEO
Fransa Senatının nümayəndəsi seçki prosesinin gedişatı haqqında məlumat verdi
Seçki məntəqələrində maraqlı kadrlar - FOTOLENT
Ən aktiv və passiv seçki dairələri bəlli oldu
Polis generalı seçki məntəqələrindəki vəziyyətə aydınlıq gətirdi
Teqlər:
yaşlı, seçici, Qusar, seçki

Əsas mövzular