20:47 22 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Prezident İlham Əliyev seçki məntəqəsində səs verir

Rəqibləri İlham Əliyevə telefon açıblar

© Sputnik / Talyb Barkhudayev
XƏBƏRLƏR
Qısa URL
318 0 0

Qüdrət Həsənquliyev və Zahid Oruc prezident İlham Əliyevə zəng edib

BAKI, 12 aprel — Sputnik. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, prezidentliyə namizəd olmuş Qüdrət Həsənquliyev prezident İlham Əliyevə zəng edib. Q.Həsənquliyevin müavini Niyaməddin Orduxanlının Sputnik Azərbaycan-a verdiyi məlumata görə, BAXCP sədri yenidən Azərbaycan Respublikasının prezidenti seçilməsi münasibətilə İlham Əliyevi təbrik edib, Azərbaycanın inkişafı və xalqımızın rifahı yolundakı fəaliyyətində uğurlar arzulayıb.

Digər prezidentliyə namizəd olmu Zahid Oruc da prezident İlham Əliyevə telefonla zəng edib. APA-nın məlumatına görə, 11 aprel 2018-ci il tarixində keçirilən prezident seçkilərinin nəticələrinə görə ikinci yeri qazanan Zahid Oruc yenidən Azərbaycan Respublikasının prezidenti seçilən İlham Əliyevi telefonla təbrik edərək, ölkə başçısının inamlı qələbəsi münasibətilə ona ən xoş arzularını bildirib, millətimizin gələcək firavanlığı naminə şərəfli vəzifəsində böyük uğurlar diləyib.

Əlaqədar

Prezident paytaxtda yeni məscidin açılışını etdi
Məhbuslar prezident seçkisində iştirak edir
Prezident seçkiləri Sputnik Azərbaycan-ın gözü ilə
Ayaz Mütəllibov prezident seçkilərinə münasibət bildirdi
Prezident və ailə üzvləri səsvermə hüququndan istifadə ediblər
Teqlər:
zəng, təbrik, İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti, namizəd, prezident

Əsas mövzular