01:58 23 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Moskvadakı səfirlikdə səsvermə

Səfir, opera müğənnisi və "Miss MQİMO" Moskvada Azərbaycan prezidentini seçib

© Sputnik / Timur Selivanov
XƏBƏRLƏR
Qısa URL
381 0 0

Rusiyadakı Azərbaycan vətəndaşlarının səsverməsi üçün üç məntəqə yaradılıb: Moskvadakı səfirlikdə, Sankt-Peterburqdakı baş konsulluqda və Yekaterinburqda

BAKI, 11 aprel — Sputnik. Bu gün bütün dünyadakı azərbaycanlılar Azərbaycan Respublikasının prezident seçkilərində iştirak ediblər. Rusiyadakı Azərbaycan vətəndaşlarının səsverməsi üçün üç məntəqə yaradılıb: Moskvadakı səfirlikdə, Sankt-Peterburqdakı baş konsulluqda və Yekaterinburqda. Sputnik-in müxbiri Azərbaycanın Moskvadakı səfirliyində olub.

Səs vermək əladır!     

Aprelin 11-də Moskvadakı Azərbaycan səfirliyinin qapıları həmişəki vaxtından 1 saat qabaq — Moskva vaxtı ilə saat 8-də açılıb. Seçki komissiyasının sədri, səfirliyin müşaviri Ağalar Atamoğlanov bildirib ki, əsas seçici axını günorta vaxtı olub.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu səsvermə zalına daxil olarkən səsverməyə ilk gəlmiş iki gənc azərbaycanlını fərq edib. Səfir onlara yaxınlaşaraq təşəkkürünü bildirib.

Xanım Moskva Mühəndis Fizika İnstitutunun Milli Tədqiqat Nüvə Universitetinin magistridir
© Sputnik / Timur Selivanov
Xanım Moskva Mühəndis Fizika İnstitutunun Milli Tədqiqat Nüvə Universitetinin magistridir

Xanım Moskva Mühəndis Fizika İnstitutunun Milli Tədqiqat Nüvə Universitetinin magistridir. O, hələ bilmir ki, təhsilini başa vurandan sonra onun həyatı necə davam edəcək, vətəninə qayıdacaq, ya Rusiyada qalıb özünə iş axtaracaq.

"Mənim 21 yaşım var. İlk dəfədir ki, səs verirəm. Qeyri-adi hisslər keçirirəm. Hər şey xoşuma gəlir. Səs vermək əladır! Burada iştirak etmək harada yaşamasından asılı olmayaraq, hər bir vətəndaşın borcudur" — deyə Xanım bildirir.

"Bu gün təkcə Azərbaycan vətəndaşları üçün deyil, həm də bizim üçün, Rusiyada yaşayan etnik azərbaycanlılar üçün çox məsuliyyətli gündür" — deyə səfirliyə səsverməyə gəlmiş digər gənc qız bildirir.

"Biz vətənimizdə baş verənlərə laqeyd deyilik. Mən öz seçimimi güclü lider və güclü ölkə naminə etmişəm" — deyə o, əlavə edir.

"Miss MQİMO" üçün dress-kod 

Moskvadakı Azərbaycan səfirliyinə toplaşan jurnalistlər qarşısına çıxan Polad Bülbüloğlu deyir: "Hər bir xalqın həyatında prezident seçkiləri çox məsuliyyətli və vacib hadisədir. O, yaxın illərdə dövlətin inkişafını müəyyən edir. Mən əminəm ki, Azərbaycan xalqı düzgün seçim edib. Azərbaycanla Rusiya arasındakı strateji tərəfdaşlıq münasibətləri gün-gündən inkişaf edir. Elə bir siyasi şərait olmayıb ki, biz qonşular və dostlar br-birimizi dəstəkləməyək. Hər zaman bir-birimizi dəstəkləmişik və dəstəkləyəcəyik".

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu
© Sputnik / Timur Selivanov
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu

Seçkilərin keçirildiyi saatlarda seçicilər seçki komissiyası qarşısında növbə yaradıblar. Onlar küçədən başlayaraq səfirliyin pilləkənləri boyu sıraya düzülüblər və növbə ilə səs veriblər. Səsverməyə gələnlər arasında çox sayda gənc olub. Səfirlik xüsusi olaraq azərbaycanlı tələbələrin oxuduqları universitetlərdən xahiş edib ki, səsvermə zamanı onları dərsdən azad etsinlər.

Səs verənlərin əksəriyyəti kişilər olsa da, idman stilində geyinən bir gənc qız qaçaraq məntəqəyə daxil olub və deyib:

"Təəssüf ki, mən dress-kodda deyiləm. Çox tələsirəm, bu gün mən "Miss MQİMO"nun gözəllik müsabiqəsinin finalında iştirak edəcəm. Ancaq səsverməyə gəlmək üçün xüsusi hazırlığı təxirə salmışam".

İlahə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MQİMO) üçüncü kursunda oxuyur
© Sputnik / Timur Selivanov
İlahə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MQİMO) üçüncü kursunda oxuyur

Müsabiqənin finalçısı İlahə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MQİMO) üçüncü kursunda oxuyur. Gələcək diplomat olaraq o səfirlikdə rahat hərəkət edir. O, ali məktəbə Azərbaycanın "Xaricdə təhsil" dövlət proqramı sayəsində daxil olub.

"Mən dünyanın istənilən universitetində pulsuz təhsil, təqaüd və yaxşı gələcək imkanı yaratdığına görə öz dövlətimə minnətdaram" — deyə o, bildirib.

Sifətində təbəssüm

Onunla yanaşı seçki qutusuna İlahənin gələcək həmkarı, Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının tələbəsi Murad bülleten atır. O, öz təəssüratlarını bölüşür:

"Hər şey demokratik və sakit şəraitdə gedir, seçki yaxşı təşkil olunub. Səfirliyin əməkdaşlarının sifətində təbəssüm var. Baxmayaraq ki, konsulluğun siyahısında mənim adım yox idi, adımı dərhal ora əlavə elədilər və səs verə bildim".

Azərbaycanın Moskvadakı səfirliyinin binasında səsvermə
© Sputnik / Timur Selivanov
Azərbaycanın Moskvadakı səfirliyinin binasında səsvermə

Murad tək deyildi. Rusiya paytaxtında onun kimi seçkilər ərəfəsində konsulluqda qeydiyyata düşməyə macal tapmayan Azərbaycan vətəndaşlarının sayı çox idi. Xoşbəxtlikdən səfirliyin əməkdaşları beş dəqiqə ərzində onların hamısını qeydə alaraq səs vermələrinə imkan yaradıb. Yeni seçicilərin adları dərhal vahid elektron siyahıya salınıb və ona görə də onların Sankt-Peterburq və Yekaterinburqda ikinci dəfə səs vermək imkanı olmayıb.

Bakıdan olan jurnalist Namiq də öz fikirlərini Sputnik-lə bölüşüb: "Mən bu gün redaksiya tapşırığına əsasən Moskvadayam. Mən harada olmağımdan asılı olmayaraq, müntəzəm surətdə seçkilərdə iştirak edirəm və səs verirəm. Sovet İttifaqı zamanı seçkilər saxta olurdu. İndi isə seçki sistemi hər seçkidən-seçkiyə təkmilləşir və deməli, bizim ölkəmiz daha da demokratikləşir".

Bu zaman səfirlikdə Azərbaycan FHN-in 6 əməkdaşı səs vermək növbəsini gözləyir. Onlar Rusiyaya ixtisasartırma kursuna gəliblər. Onlarla yanaşı Rusiya və Azərbaycanın tanınmış siması — opera müğənnisi Elçin Əzizov dayanıb. O, "Bolşoy teatr"ın (Böyük Teatr-Moskva) ilk azərbaycanlı solistidir.

Opera müğənnisi Elçin Əzizov
© Sputnik / Timur Selivanov
Opera müğənnisi Elçin Əzizov

"Belə alınıb ki, mən üçüncü dəfədir xaricdə səs verməli olmuşam. Hətta bir dəfə Vaşinqtonda səs vermişəm. Düşünürəm ki, burada — Moskvada hər şey yaxşı təşkil olunub" — deyə opera müğənnisi bildirib.

Artıq Moskvada seçkilər başa çatıb.

Teqlər:
Polad Bülbüloğlu, seçki, Rusiya, səfirlik

Əsas mövzular