01:28 18 İyul 2018
Canlı yayım
  • RUB0.0273
  • USD1.7000
  • EUR1.9921
Baku Crystal Hall

Möhtəşəm yarışdan Bakı sakinlərinə sevindirici xəbər

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
7701

Bakıda çıxış edəcək dünyaca məşhur DJ-lərin gecə əyləncə proqramlarına arzuedən hər kəs qatıla biləcək

BAKI, 10 aprel — Sputnik. 27-29 aprel tarixlərində Bakıda baş tutacaq 2018 Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində hər gün məşhur DJ-lərin möhtəşəm çıxışları ilə Bakı Kristal Zalında gecədən səhərədək davam edəcək musiqili əyləncə proqramlarında yarışa bilet ala bilməyənlər də iştirak edə biləcəklər.

Bakı Şəhər Halqasının mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bunun üçün əyləncə həvəskarları www.iticket.az saytına daxil olaraq onlayn şəkildə və ya şəhərin müvafiq kassalarına yaxınlaşaraq gecə proqramı üçün bilet ala bilərlər. Biletlər gündəlik satılır və bu biletlərin bir günlük qiyməti "Golden Circle" adlanan səhnəyə ən yaxın yer üçün 50 AZN, digər yerlər üçünsə 30 AZN təşkil edir.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai yarış həftəsonunun bütün şəhər sakinləri üçün geniş əyləncə imkanları bəxş etdiyini bildirib: "Builki Azərbaycan Qran Prisinin dünya ulduzlarının iştirakı ilə baş tutacaq zəngin əyləncə proqramına – Afrojack, Axwell Λ Ingrosso və Martin Solveig — kimi DJ-in daxil edilməsi olduqca sevindirici haldır. 

Həm dünya ulduzlarının axşam konsertləri, həm də dünyaca məşhur DJ-lərin gecə proqramları avtoidman həvəskarları ilə yanaşı bütün əyləncəsevərlər arasında böyük marağa səbəb olub. Əvvəlki illərdən fərqli olaraq bu il DJ-lərin musiqili əyləncə proqramlarını arzuedən hər kəs üçün açıq etməklə çalışdıq ki, Formula 1 yarışı ərəfəsində Bakıda yaşanacaq festival ab-havasından heç kim kənarda qalmasın.

F1 azarkeşləri isə yarış həftəsonuna bilet almaqla bütün imkanlardan istifadə edə və daha çox əyləncələrə qatıla biləcəklər. Bütün bilet sahibləri 27-29 aprel tarixlərində axşam saatlarında hər gün biri olmaqla müvafiq ardıcıllıqla səhnəyə çıxacaq Jamiroquai, Kristina Aqilera və Dua Lipanın konsertlərində və həmçinin bu konsertlərin ardınca DJ-lərin iştirakı ilə baş tutacaq əyləncəli gecə proqramlarında iştirak edə biləcəklər.

Bu biletə sahib olanlar Bakı Kristal Zalına gecə saat 23:00-dan etibarən buraxılacaqlar.

Məlumat üçün bildirək ki, biletləri BŞH-nin rəsmi saytında (www.bakucitycircuit.com) və şəhərin kassalarında 2018 Formula 1 Azərbaycan Qran Prisi biletlərinin satışı davam edir. Dördgünlük biletlərin qiyməti tribunadan asılı olaraq 250-690 AZN arasında dəyişir və bu biletlər azyaşlılar üçün endirimli qiymətlərə təklif olunur. Bundan başqa, 27-29 aprel tarixləri üçün ayaqüstü zonalara birgünlük biletlər də satışdadır və bu biletlərin qiyməti həftəsonunun günlərindən asılı olaraq 60-150 AZN təşkil edir.

Əlaqədar

Sərnişinlərə "Formula 1" ilə bağlı önəmli məlumat
Formula 1 yarışına vauçer alanların nəzərinə!
"Formula-1"-də gözlənilməz hadisə baş verdi
Azərbaycanın “Formula 1”-dən əldə etdiyi gəlir açıqlanıb
Sergey Sirotkin - "Formula-1"də ilk bakılı pilot

Əsas mövzular