23:52 16 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9673
Bizim Planet verilişi

Bizim Planet: Aprel döyüşləri strateji mənada bütün hesabları dəyişdi

Ağyol İnformasiya Agentliyinin mətbuat katibi
XƏBƏRLƏR
Qısa URL
17 0 0

Aprel hadisələri münaqişənin həll olunmasında tamam yeni bir səhifə açıb

Bakı, 10 aprel — Sputnik. "Aprel döyüşləri strateji mənada bütün hesabları dəyişdi". Sputnik Azərbaycan xəbər verir ki, bu fikirlər "Bizim Planet" verilişində səsləndirilib. Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqovun təqdim etdiyi "Bizim Planet" verilişi Xarici İşlər Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev və ADA Universitetinin siyasi elmlər doktoru Elnur Soltanovun maraqlı müzakirələri ilə yadda qalıb.

Bizim Planet verilişi
Ağyol İnformasiya Agentliyinin mətbuat katibi

Ölkə miqyasında mühüm siyasi hadisələrin geniş diskussiya olunduğu verilişdə ilk növbədə Bakı Konqres Mərkəzində baş tutan Qoşulmama Hərəkatının nazirlər konfransının açılış mərasimi, prezident İlham Əliyevin buradakı çıxışı və yekun Bakı Bəyannaməsinin tarixi əhəmiyyəti barəsində tamaşaçılara məlumat verilib. 

Bildirilib ki, Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir. Beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan Qoşulmama Hərəkatının Bakı görüşü öz əhəmiyyətinə görə xüsusi yer tutur. Bakıda təşkil edilən "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda keçirilən Qoşulmama Hərəkatının nazirlər görüşündə ümumilikdə 800-dən artıq şəxs iştirak edib.

Qoşulmama Hərəkatının tarixi, ümumi məqsəd və məramları barəsində geniş məlumat verilib. Vurğulanıb ki, prezident İlham Əliyevin Konfransın açılış mərasimində iştirak etməsi, eləcə də öz çıxışında toxunduğu mövzular olduqca əhəmiyyətli idi. Prezident burada, Azərbaycanda mövcud olan siyasi-ictimai sabitlik, dövlətimizin artan siyasi nüfuzu, sürətli iqtisadi inkişafı, beynəlxalq aləmdəki rolu və yeri, son illərdə ölkəmizdə keçirilən çoxsaylı tədbirlərin əhəmiyyətliliyi, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlar, terrorist bir dövlət kimi beynəlxalq hüquq normalarını pozman Ermənistanın işğalçılıq siyasəti və digər mühüm məsələlər ətrafında qonaqlara məlumat verib.

Qeyd olunub ki, Qoşulmama Hərəkatının Bakıda keçirilmiş 18-ci nazirlər konfransında Yekun Bakı Sənədi, Bakı Bəyannaməsi və Fələstin üzrə bəyanatın qəbul olunması Hərəkatın tarixində yeni mərhələnin əsasını qoyub.

Qoşulmama Hərəkatının suverenlik və dövlətlərin suveren bərabərlik, ərazi bütövlüyü və dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutduğu, təcavüz və sülhün pozulması hallarının qarşısının alınması üçün effektiv tədbirlərin həyata keçirilməsi, həmçinin, dövlətlərin ərazi bütövlüyü və siyasi müstəqilliyinə qarşı hərbi təcavüzdən kənar durulması təsbit olunub.

Bildirilib ki, qlobal məsələlər, regional, sub-regional, inkişaf, sosial məsələlər və insan hüquqları kimi fəsilləri əhatə edən Yekun Bakı Sənədi ölkəmizin maraqları baxımından da fundamentaldır.

Verilişdə şərh edilən digər mühüm mövzu dövlətimizin və xalqımızın tarixində yadda qalan aprel döyüşləri olub. Bildirilib ki, dörd gün davam edən sözügedən qəhrəmanlıq salnaməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində bir dönüş nöqtəsi yaradıb. Aprel hadisələri münaqişənin həll olunmasında tamam yeni bir səhifə açıb. Ordumuzun göstərmiş olduğu şücaət və xalqımızın hərbdə ordu ilə bir ruhda olması dövlətimizin düşmənlər üzərində mühüm qələbəsi kimi qiymətləndirilib.

Prezident İlham Əliyev
© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Qeyd olunub ki, aprel hadisələri göstərdi ki, gec, ya da tez bir zamanda tarixi torpaqlarımızın geri qaytarılması qələbəmizi qətiləşdirir.

"Bizim Planet"də müzakirə edilən mövzular arasında keçirilən "AITF-2018" XVII Azərbaycan Beynəlxalq turizm və səyahətlər və "HOREX Caucasus-2018" XII Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri olub.

Bildirilib ki, prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirak etdiyi sərgi "Bütün dünya — bir sərgi" şüarı altında nümayiş olunub. 20 ölkəni təmsil edən 277 şirkətin iştirak etdiyi sərgidə Avropa və Asiya ölkələrini təmsil edən şirkətlər yer alıb. Qeyd olunub ki, sərgidə müxtəlif hava yolları və otel şəbəkələri, eləcə də turizm sahəsi üzrə digər xidmət növləri təqdim edilir.

Sərgidə nümayiş etdirilən Qarabağ stendinin böyük maraq doğurduğu xüsusi vurğulanıb. Sərginin təşkil olunmasının əhəmiyyətinə toxunan siyasi şərhçilər bildiriblər ki, sərgi vasitəsi ilə Azərbaycanın turizm imkanlarının tanıdılması ilə bərabər ölkəmiz dünya səviyyəli biznes, alış-veriş və istirahət məkanı kimi təbliğ edilir.

Əlaqədar

"Bizim Planet"də Azərbaycanın siyasi uğurları müzakirə olunub
Aprel döyüşləri barədə yalan məlumat yayan Rusiya telekanalı bağlandı
Müdafiə Nazirliyi aprel döyüşləri barədə yazılanlara cavab verdi
"Aprel döyüşləri Azərbaycanın heç vaxt işğalla barışmayacağını göstərdi"
Aprel döyüşləri vaxtı vurulan ziyanla bağlı məhkəməyə 700 ərizə göndərilib
"Aprel döyüşləri bizim şanlı qələbəmizdir"
Teqlər:
"Bizim Planet", aprel döyüşləri, Ermənistan, Bakı, Azərbaycan

Əsas mövzular