12:25 25 Aprel 2018
Canlı yayım
Bakı

Azərbaycanda daha bir ölkənin səfirliyi açılır

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
258 0 0

Bakı, 10 aprel — Sputnik. Xorvatiya Azərbaycanda səfirlik açır. Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib.

XİN-in məlumatında qeyd olunur ki, Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Xorvatiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Refik Şabanoviçi qəbul edib. Görüşdə R.Şabanoviç Xorvatiyanın Xarici və Avropa İşləri üzrə Nazirliyi tərəfindən ünvanlanmış notanı P.Mirzəzadəyə təqdim edib.

Notada iqamətgahı Bakı şəhəri olmaqla Xorvatiyanın Azərbaycanda səfirliyinin təsis edilməsi barədə məlumat verilib. İndiyə qədər Xorvatiyanın Azərbaycana akkreditə olunmuş səfirliyi qeyri-rezident əsasda fəaliyyət göstərir və Xorvatiya müvəqqəti ofis vasitəsilə təmsil olunurdu.

P.Mirzəzadə Xorvatiyanın Azərbaycanda diplomatik təmsilçiliyinin səfirlik səviyyəsinə yüksəldilməsinin iki ölkə arasında əməkdaşlığın və dostluğun daha da genişləndirilməsi və irəlilədilməsinə təkan verəcəyini bildirib.

Əlaqədar

Xaricdəki səfirlik və konsulluq işçilərinə xoş xəbər
Səfirlik azərbaycanlı tərcüməçinin vəziyyəti ilə maraqlanıb
Səfirlik Azərbaycan vətəndaşlarına xəbərdarlıq edir
Azərbaycanda yeni səfirlik açılacaq
Səfirlik: Prezident kim seçilir seçilsin, Azərbaycanla əlaqələr dəyişməyəcək
Azərbaycanın səfirlik və konsulluqlarında ticarət nümayəndələri təyin ediləcək
Teqlər:
Xorvatiya, Xarici İşlər Nazirliyi, Azərbaycan, səfirlik

Əsas mövzular