Ərdoğan polis zorakılığına məruz qalan vətəndaşa zəng edib

© Photo : Murat Cetinmuhurdar / Presidential Palace / Handout via REUTERS Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Almaniyada terror təşkilatı PKK tərəfdarlarının aksiyalarına etiraz edən bir türk Alman polisi tərəfindən ayaqlar altına alınıb

BAKI, 10 aprel — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyada polis tərəfindən zorakılığa məruz qalan Türkiyə vətəndaşı Yusif Ünsala telefonla zəng edib.

Sputnik Azərbaycan "Hürriyet"ə istinadla xəbər verir ki, Ərdoğan Ünsaldan Ştutqartdakı hadisə ilə bağlı məlumat alıb. Ünsal telefon zənginə görə Ərdoğana təşəkkürlərini bildirib.

Qeyd edək ki, Almaniyada terror təşkilatı PKK tərəfdarlarının aksiyalarına etiraz edən bir türk Alman polisi tərəfindən ayaqlar altına alınıb. PKK tərəfdarları tərəfindən təşkil olunan aksiyada Türkiyə və prezident Rəcəb Tayyib Ərdoğan əleyhinə şüarlar səsləndirilib. Aksiyaların olduğu yerdən keçən bir Türkiyə vətəndaşı səsləndirilənlərə qarşı etirazını bildirəndə Alman polisi tərəfindən saxlanıb və yerə uzadılıb.

http://www.hurriyet.com.tr/gundem/bu-goruntulerin-ardindan-cumhurbaskani-erdogan-aradi-40798798

Xəbər lenti
0