06:09 17 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9673
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Prezident İlham Əliyev Macarıstanın baş nazirinə məktub göndərib

© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
XƏBƏRLƏR
Qısa URL
11 0 0

Azərbaycan prezidenti İlham Əliyev Macarıstan baş naziri Viktor Orbana təbrik məktubu göndərib

Bakı, 9 aprel — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Macarıstanın baş naziri Viktor Orbana Macarıstanda keçirilən parlament seçkilərində qələbəsi münasibəti ilə təbrik məktubu göndərib.

Sputnik Azərbaycan xəbər verir ki, dövlət başçısının məktubunda deyilir:

"Hörmətli cənab Baş nazir, başçılıq etdiyiniz koalisiyanın ölkənizdə keçirilmiş parlament seçkilərində qələbəsi münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Seçkilərin nəticələri həyata keçirdiyiniz siyasətə xalqınızın dəstəyini, Sizə olan etimadını bariz şəkildə əks etdirir. İnanıram ki, Azərbaycan ilə Macarıstan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin hərtərəfli inkişafı yolunda birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Macarıstan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".

Əlaqədar

Azərbaycan prezidenti jurnalistlərə təbrik məktubu ünvanlayıb
Azərbaycan Prezidenti təbrik məktubu ünvanladı
10 ölkə rəhbəri Bəşər Əsədə təbrik məktubu ünvanladı
Vladimir Putin İlham Əliyevə təbrik məktubu ünvanladı
Teqlər:
Macarıstanın baş naziri, Viktor Orban, İlham Əliyev, Azərbaycan prezidenti, parlament seçkiləri

Əsas mövzular