Azərbaycanda önəmli posta yeni təyinat

CC0 / Unsplash / BusinessmanBiznesmen, arxiv şəkli
Biznesmen, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Sübhan Kazım oğlu Kazımovu əvəz edəcək yeni direktor Emin Ramiq oğlu Əfəndiyevdir

Bakı, 9 aprel — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi yanında "Azərpoçt" MMC-yə yeni baş direktor təyin edilib.

Sputnik Azərbaycan xəbər verir ki, Sübhan Kazım oğlu Kazımovu əvəz edəcək yeni direktor Emin Ramiq oğlu Əfəndiyevdir. O, aprel ayından yeni vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, əmək fəaliyyətinə 1992-ci ildə Material Ehtiyatları Nazirliyinin "Azərtikinti materialları" idarəsində böyük mühəndis vəzifəsindən başlayan Emin Əfəndiyev iqtisadçı, baş mühasibin müavini və baş mühasib vəzifələrində işləyib.

1996-2004-cü illərdə "Rossiyskiy Kredit" Rusiya-Azərbaycan birgə bankında mütəxəssis, şöbə müdiri, departament müdiri, İdarə Heyəti (İH) sədrinin müavini və sədri, 2004-2009-cu illərdə "AZAL Bank"ın İH sədrinin müavini, 2009-2015-ci illərdə "Kapital Bank" ASC-nin filial müdiri, 2015-2018-ci illərdə Azərbaycan Beynəlxalq Bankının Rusiya Federasiyasındakı törəmə bankında ("Bank MBA-Moskva") İdarə Heyətinin sədri vəzifələrində çalışıb.

Onu da əlavə edək ki, martın 14-də keçirilmiş Bankın Səhmdarlarının Ümumi Yığıncağında "Bank"MBA-Moskva", "ABB-Gürcüstan" və "Biznes-Rabitə" MMC-nin fəaliyyətinin dayandırılması qərara alınıb.

Xəbər lenti
0