21:56 25 Aprel 2018
Canlı yayım
Tramp telefonla danışarkən

ABŞ və Fransa prezidentləri 48 saat ərzində mütləq görüşməlidirlər

© AFP 2018 / NICHOLAS KAMM
XƏBƏRLƏR
Qısa URL
80 0 0

Fransa prezidenti Emmanuel Makron və ABŞ-ın dövlət başçısı Donald Tramp hücumla bağlı araşdırmaların artırılması üçün təlimat verib

BAKI, 9 aprel — Sputnik. Fransa prezidenti Emmanuel Makron və ABŞ-ın dövlət başçısı Donald Tramp arasında telefon danışığı olub. Sputnik Azərbaycan Sputnik Türkiyəyə istinadla xəbər verir ki, bu barədə Yelisey Sarayından yazılı açıqlama verilib.

Tərəflər Suriyada kimyəvi silahdan istifadə edildiyi iddia edilən hücumu pisləyib, 48 saat içində yenidən görüşmək qərarı alıblar. İki lider hücumla bağlı araşdırmaların artırılması üçün təlimat verib.

Açıqlamada E.Makronun Suriyada kimyəvi silahın tətbiqini pislədiyi qeyd edilir.

Məlumatda dövlət başçıları aprelin 9-da keçiriləcək BMT Təhlükəsizlik Şurasının iclasında fəaliyyətləri əlaqələndirməyi razılaşdırıblar. Hər iki dövlətin 2401 saylı qətnaməyə hörmətsizlik, həmçinin kimyəvi silahdan təkrar istifadəni pisləyəcəyi bildirilir.

Açıqlamada Suriyanın Şərqi Quta bölgəsində kimyəvi hücumun arxasında kimlərin olduğu göstərilməyib.

Qeyd edək ki, Fransanın Xarici İşlər Nazirliyi dünən verdiyi yazılı açıqlamada kimyəvi silahdan istifadə etməyin müharibə cinayəti olduğunu xatırladıb, BMT-nin iclasına çağrılacağını qeyd etmişdi. Açıqlamada Fransanın kimyəvi silahların çoxalmasına qarşı mübarizədə üzərinə düşən bütün məsuliyyəti götürəcəyi vurğulanmışdı.

Onu da bildirək ki, daha əvvəl Böyük Britaniya, Fransa, Polşa, Niderland, İsveç, Küveyt, Peru və Kot-di-Vuar Suriyada vəziyyəti müzakirə etmək üçün BMT TŞ-in təcili iclasının çağırılmasını tələb ediblər.

Əlaqədar

Bəşər Əsədin ən yaxın adamından etiraf: “O, PKK-ya kimyəvi silah ötürdü”
Suriyadakı kimyəvi silah olayında İranın barmağı var!?
Tramp "müharibə" siqnalı verdi: Rusiyalı diplomatlar qovula bilər
Tramp ərəb kraldan pul istəyib?
Tramp oyun qaydalarını pozdu, Putin təbrik edilmədi
Tillersonun istefasından kim qazanacaq: Tramp, yoxsa Amerika?
Tramp Tillersonu qovma səbəbini açıqladı
Teqlər:
kimyəvi silah, Suriya

Əsas mövzular