"Sahil" metrostansiyası yaxınlığında avtomobil yanıb

© Sputnik / Murad OrujovBakının Mətbuat prospektində Peugeot Tepee Export markalı avtomobil yanıb
Bakının Mətbuat prospektində Peugeot Tepee Export markalı avtomobil yanıb - Sputnik Azərbaycan
Abunə olmaq
"Daewoo" markalı avtomobilin yanar konstruksiyaları tamamilə sıradan çıxıb. Yanğın zamanı yüksək temperaturdan yaxındakı avtomobilin də arxa buferi əriyib

BAKI, 9 aprel — Sputnik. Bakının mərkəzində, "Sahil" metrostansiyası yaxınlığında minik avtomobili yanıb.

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, insident Bakının Səbail rayonu ərazisində qeydə alınıb.

"Daewoo" markalı avtomobilin yanar konstruksiyaları tamamilə sıradan çıxıb. Yanğın zamanı yüksək temperaturdan, hətta yaxındakı avtomobilin də arxa buferi əriyib.

Yanğın zamanı xəsarət alanların olub-olmadığı barədə məlumat yoxdur.

Qeyd edək ki, hadisə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin "Formula 1" Azərbaycan Qran Prisinə hazırlıq işləri apardığı trekin ərazisində baş verib.

Xəbər lenti
0