18:31 19 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9479
İnəyə Quran oxuyan uşaq

Keyfiyyətli ət əldə etmək üçün inəklərə "Quran" dinlədəcəklər

© Foto : Choo Choy May
XƏBƏRLƏR
Qısa URL
7610

Malayziyanın Kelantan sultanlığının məsul nümayəndəsi kənd yerlərindəki heyvandarlara inəklərə "Quran" dinlətmələrini məsləhət görüb.

BAKI, 7 aprel — Sputnik. Malayziyanın Kelantan əyalətinin (sultanlığının) məsul nümayəndəsi Çe Abdulla Mat Navi (Che Abdullah Mat Nawi) kənd yerlərindəki heyvandarlara inəklərə "Quran" dinlətmələrini məsləhət görüb.

Sputnik Azərbaycan xarici mediaya istinadla bildirir ki, əyalətdəki yerli hökumətin kənd təsərrüfatı siyasətinə məsul olan Çe Abdulla deyib:

""Quran"ın oxunmasının insanlara rahatlıq verdiyini düşünürük. Bu səbəbdən "Quran" heyvanlara da rahatlıq gətirə bilər. Nəticədə onlar daha yaxşı ət verərlər".

Çe Abdulla qeyd edib ki, əgər heyvan sakit və rahat vəziyyətdə olarsa, ətin keyfiyyətinin daha yaxşı olacağının düşünürlər.

Ölkənin şimalında müsəlmanların əksəriyyət təşkil etdiyi Kelantanda qanunverici orqana Malayziya İslam Partiyası nəzarət edir.

Bu partiya Kelantan əyalətində oğurluq edənlərin bədən üzvlərinin kəsilməsini, zina edənlərəsə rəcm cəzasının (daş-qalaq edilərək öldürülmə) kəsilməsini müdafiə edən "Hüdud" adlı sərt şəriət qanunlarının tətbiqini dəstəkləyir.

Əyalət parlamenti 2015-ci ildə "Hüdud"un tətbiqi haqqında qanun qəbul edib. Lakin federal hökumətin qadağan etməsi səbəbindən qanun qüvvəyə minməyib.

Əlaqədar

Malayziya sahillərində gəmi batıb, 15 nəfər itkin düşüb
Malayziya “Boeing”inin müəmması
Teqlər:
Hüdud, Kelantan, şəriət, Zina, Quran, inək, kənd təsərrüfatı, parlament, qanun, İslam Partiyası, Che Abdullah Mat Nawi, Malayziya

Əsas mövzular