13:58 19 Aprel 2018
Canlı yayım
Duman

Əhaliyə hava xəbərdarlığı

© Sputnik / Taleh Mahmudov
XƏBƏRLƏR
Qısa URL
808 0 0

Bəzi yerlərdə duman, səhər şərq rayonlarında çiskin olacaq

BAKI, 4 aprel — Sputnik. Bakıda və Abşeron yarımadasında aprelin 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, səhər bəzi yerlərdə zəif duman olacaq.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-7, gündüz 10-14, Bakıda gecə 5-7, gündüz 12-14 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 5-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman, səhər şərq rayonlarında çiskin olacaq. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Əlaqədar

Hava bir daha dəyişəcək - XƏBƏRDARLIQ
Güclü küləkdən sonra gözlənilən HAVA PROQNOZU
Azərbaycandakı faktiki hava açıqlandı
Bakı aeroportundan hava açıqlaması
Daha bir hava proqnozu gəldi
Təhlükəli hava şəraiti məktəblərin fəaliyyətinə təsir edib
Teqlər:
isti, dərəcə, külək, buludlu hava, duman, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti

Əsas mövzular