Şəkidə baş vermiş dəhşətli hadisəyə görə cinayət işi açılıb

© Sputnik / Grigory Sysoyev / Mediabanka keçidƏməliyyat, arxiv şəkli
Əməliyyat, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Türkan Məmmədova martın 28-də Şəki Regional Perinatal Mərkəzində qeysəriyyə əməliyyatından sonra martın 31-də həmin mərkəzdə vəfat edib

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 3 aprel — Sputnik. Mart ayının 31-də Şəki Regional Perinatal Mərkəzində qeysəriyyə əməliyyatı zamanı Şəki şəhər sakini, 1987-ci il təvəllüdlü Məmmədova Türkan İlham qızının vəfat etməsi ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işinə başlanıb.

Cinayət işi üzrə mərkəzin direktor vəzifəsini icra edən, eyni zamanda mərkəzin Hamiləliyin patologiyası şöbəsinin müdiri Məmmədova Saniyə Hüseynovna şübhəli şəxs qismində tutulub.

Baş vermiş hadisə ilə bağlı hərtərəfli, tam və obyektiv istintaq aparılmaqla qanunamüvafiq qərarın qəbul edilməsi təmin ediləcək.

Xatırladaq ki, Türkan Məmmədova martın 28-də Şəki Regional Perinatal Mərkəzində qeysəriyyə əməliyyatından sonra martın 31-də həmin mərkəzdə vəfat edib. Qeyd edək ki, mərhumənin 6 yaşlı qız övladı var.

Xəbər lenti
0