20:43 18 İyul 2018
Canlı yayım
  • RUB0.0271
  • USD1.7000
  • EUR1.9794
Vyana şəhəri, arxiv şəkli

Avstriyadakı türklər təhlükə qarşısında: İnanılmaz tələb irəli sürülür

© Sputnik / Maksim Blinov
XƏBƏRLƏR
Qısa URL
180 0 0

Avstriya hökuməti 18 min 500 Türkiyə əsilli miqrantdan Türkiyə vətəndaşı olmadıqlarını sübut etmələrini istəyir

BAKI, 3 aprel — Sputnik. Avstriyada yaşayan 18 min 500 Türkiyə əsilli miqrant deportasiya edilmək təhlükəsi ilə qarşı-qarşıya qalıb.

Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, Avstriya hökuməti miqrantlardan Türkiyə vətəndaşı olmadıqlarını sübut etmələrini istəyir.

Türkiyə vətəndaşı olmadığını sübut edə bilməyənlər Avstriya pasportundan və bu ölkədəki bütün hüquqlarından məhrum ediləcək. Bu narahatedici məsələ ötən il Avstriyada keçirilən konstitusiya dəyişikliyi ilə bağlı referendumundan sonra ortaya çıxıb.

Avstriyada ifrat sağçı Azadlıq Partiyasına səs hüququ olan 95 min türk seçicinin adının yer aldığı siyahı göndərilib. Azadlıq Partiyası isə bu siyahıda ikili vətəndaşlığı olan seçicilərin olub-olmadığını öyrənmək istəyib. Çünki Avstriyada ikili vətəndaşlıq qadağandır. İndi hökumət Avstriya pasportuna malik bu on minlərlə insandan Türkiyə vətəndaşı olmadıqlarını sübut etmələrini istəyir. Bunu rəsmi olaraq sübut edə bilməyənlər Avstriya vətəndaşlığını itirəcək və deportasiya edilmək riski ilə qarşı-qarşıya qalacaq.

Adolf Hitlerin oxşarı
© Sputnik / Alexandr Polyakov

Avstriya vətəndaşı olmaq üçün müraciət edən hər kəs əvvəlki vətəndaşlığından imtina etmək məcburiyyətindədir. Ancaq Türkiyədəki qanunlar vətəndaşlıqdan çıxan adamların bir müddət sonra yenidən Türkiyə vətəndaşlığına müraciət etməsinə icazə verir. Bir çox Türkiyə əsilli miqrant irs və mülk əldə etmə kimi məsələlərdə problem yaşamamaq üçün Avropa ölkələrində vətəndaşlıq əldə etdikdən sonra yenidən Türkiyə vətəndaşlığına keçir.

Deportasiya edilmək təhlükəsi qarşısında qalan miqrantların işinə baxan vyanalı vəkil Kazım Yılmaz Türkiyə vətəndaşı olmadığını sübut etməyin qeyri-mümkün olduğunu deyib. O, Türkiyənin "vətəndaş deyil" – deyə bir sənəd vermədiyini qeyd edib.

Minlərlə Türkiyə əsilli miqrantın təlaş içində olduğunu deyən Yılmaz, bu şəxslərin deportasiya edilməsini gözləmir. Bunların bir çoxunun Avstriyada doğulduğunu deyən vəkilə görə, onlar məhz bu səbəbdən yaşamaq icazəsi alacaqlar. O, ancaq Avstriya pasportunun ləğvi ilə minlərlə insanın Avropa İttifaqındakı haqlarını da itirəcəyini vurğulayıb.

Teqlər:
Azadlıq Partiyası, tələb, türklər, Avstriya

Əsas mövzular