Latviya məktəblərində rus dili ləğv edilir

© Sputnik / Dmitry Vinogradov / Mediabanka keçidRus dili dərsi, arxiv şəkli
Rus dili dərsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Milli azlıqların rusdilli məktəblərinin latış dilinə keçməsi əleyhinə tez-tez mitinqlər keçirilir

BAKI, 3 aprel — Sputnik. Latviyada orta məktəblərdə rus dilinin tədrisi qadağan edilib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Latviya prezidenti Raymond Veyonis milli azlıqların məktəblərinin Latviya dili (latış) təliminə keçməsi haqqında qanun imzalayıb. İndi Latviyada orta təhsili ancaq dövlət dilində almaq mümkün olacaq.

Veyonisin fikrincə, bu qaydalar uşaqlara keyfiyyətli təhsil almağa və Latviyada öz həyatlarını qurmağa imkan yaradacaq. Prezidentin sözlərinə görə, bu ölkəni gücləndirəcək.

Заведующая отделом международного сотрудничества и информации Института проблем образования Азербайджана Алмаз Хасрет - Sputnik Azərbaycan
Ekspert: “Rus dilini öyrənmək bizim üçün prioritetdir”

Veyonis qeyd edib ki, milli azlıqların uşaqlarının imkanı olacaq ki, şəxsiyyət və mədəniyyətləri ilə bağlı mövzuları öz ana dillərində öyrənə bilsinlər. Bununla yanaşı, ibtidai məktəblərdə fənlərin əhəmiyyətli hissəsi ana dilində aparılacaq.

Bu prosesin 2019-cu ilin sentyabrın 1-də başlanılması və 2021-ci ildə başa çatması gözlənilir.

Məktəbəqədər təhsil iki dildə, ibtidai məktəbdə birinci və altıncı siniflər arasında iki dilli təhsilin üç modeli mövcud olacaq. Yeddinci sinifdən doqquzuncu siniflərə qədər subyektlərin 80%-i ölkənin dövlət dilində tədris ediləcək, 10-12 sinifdə isə dərslər yalnız Latviya dilində (latış) olacaq.

Xatırladaq ki, Latviyanın 2 milyona yaxın əhalisi var və onların 40 faizi rusdilli vətəndaşlardır. Respublikada dövlət dili latış dilidir. Ruslar əcnəbi statusuna malikdir.

Onu da qeyd edək ki, milli azlıqların rusdilli məktəblərinin latış dilinə keçməsi əleyhinə tez-tez mitinqlər keçirilir.

Xəbər lenti
0