İmtahandan keçənlərin qeydiyyatına başlanılıb

© Sputnik / Murad OrujovГосударственный экзаменационный центр
Государственный экзаменационный центр - Sputnik Azərbaycan
Abunə olmaq
Namizədlər müvafiq sertifikatı əldə etmək üçün aprelin 2–dən 16-dək DİM-in rəsmi saytına daxil olaraq müraciət formasını doldurmalıdırlar

BAKI, 2 aprel — Sputnik. İnzibati rəhbər vəzifələrə (A növü) aid olan vəzifə qrupları üzrə keçirilən test imtahanında müvəffəqiyyət qazanmış şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb. 

Masallıda V ixtisas qrupuna sənəd verən abituriyentlər üçün imtahan keçirilib - Sputnik Azərbaycan
ELM
Bu gün Azərbaycanda on minlərlə şagird imtahan verir

Dövlət İmtahan Mərkəzindən (DİM) Sputnik Azərbaycan-a verilən məlumata görə, namizədlər müvafiq sertifikatı əldə etmək üçün aprelin 2-dən 16-dək DİM-in rəsmi saytına daxil olaraq müraciət formasını doldurmalıdırlar.

Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə ali təhsil haqqında sənədin və əmək kitabçasının surətinin (olduğu halda) skan edilmiş surətləri formaya əlavə edilir. Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) təqdim etməlidir.

Qeyd edək ki, inzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Xəbər lenti
0