CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tələbələr üçün şad xəbər

© Photo : UNECAzərbaycan Dövlət İqtisad Universitetinin binası
Azərbaycan Dövlət İqtisad Universitetinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
Əlilliyi olan tələbələr üçün imkan yaradılır

BAKI, 31 mart — Sputnik. Mayın 5-də Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və UNEC-in birgə təşkilatçılığı ilə əlilliyi olan tələbələr üçün əmək yarmarkası keçiriləcək.

UNEC-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dövlət qurumları, yerli və xarici şirkətlərin iştirak edəcəyi yarmarkanın keçirilməsində də məqsəd məhz Azərbaycan Prezidenti İlham Əliyevin apardığı sosial-iqtisadi siyasətin əsas prioritet istiqamətlərindən biri sayılan gənclərin məşğulluğunun təmin edilməsidir. Ölkə başçısının sosial sahənin inkişafı ilə bağlı siyasətinin əsas istiqamətlərindən biri də əlilliyi olan gənclərin bütün sahələrdə xidmətlərə əlçatanlığı təmin edən və onlardan bərabərhüquqlu istifadəyə imkan verən inklüziv mühitin yaradılmasına yönəlib. Ölkəmizdə inklüziv təhsil sisteminin beynəlxalq normalara uyğun qurularaq inkişaf etdirilməsi üçün konkret proqramlar icra olunur. Dövlət başçısının təsdiqlədiyi "2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı" da sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməyə, onların təhsili və məşğulluğu üçün maneəsiz mühit yaratmağa xidmət edir.

Əmək yarmarkasında UNEC-lə yanaşı, digər ali təhsil ocaqlarının da əlilliyi olan tələbə, magistr və məzunları mezun@unec.edu.az ünvanına CV göndərməklə iştirak edə bilərlər. Elektron CV bazası yaradılaraq, müvafiq nazirlik, təşkilat və şirkətlərə təqdim ediləcək.

Xəbər lenti
0