Təhlükəli hava şəraiti məktəblərin fəaliyyətinə təsir edib

© Sputnik / Leyla AbdullayevaQuba rayonunun Cağacıq kəndində yeni istifadəyə verilmiş modul tipli məktəb
Quba rayonunun Cağacıq kəndində yeni istifadəyə verilmiş modul tipli məktəb - Sputnik Azərbaycan
Abunə olmaq
Təhsil müəssisələrinin rəhbərlərinə müvafiq təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirmələri tapşırılıb

BAKI, 30 mart — Sputnik. Bakı şəhərində hava şəraitinin qeyri-sabit keçməsi, güclü (təhlükəli) şimal-qərb küləyinin əsməsi ilə əlaqədar ümumtəhsil məktəblərində şagirdlərin dərsə davamiyyət göstəricisi digər günlərə nisbətən qismən azalıb. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ictimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Bildirilib ki, hava şəraitinin qeyri-sabit keçməsi və güclü küləyin əsməsi ilə bağlı bəzi valideynlərin övladlarını məktəbə göndərə bilməməsi səbəbindən paytaxtdakı ümumi təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyəti 75-90 faiz arasında dəyişir: "Bununla belə, paytaxtdakı ümumi təhsil müəssisələri təlim prosesini normal şəkildə davam etdirmək üçün tam hazırlıqlıdır".

"Təhsil Nazirliyinin 30-31 mart tarixlərində hava şəraiti ilə bağlı məlumatında qeyd olunduğu kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü (təhlükəli) şimal-qərb küləyinin əsəcəyi haqqında xəbərdarlıq edib. Bununla bağlı xüsusilə azyaşlı məktəb şagirdlərinin valideynlərinə dərsə gedən övladlarını nəzarətdə saxlamaq və bütün şagirdlərə daha diqqətli olmaq tövsiyə edilib. Eyni zamanda, təhsil müəssisələrinin rəhbərlərinə göstərilən tarixlərdə müvafiq təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirmələri tapşırılıb", — məlumatda bildirilib.

Xəbər lenti
0