Milli Məclisin xüsusi iclası başlayıb

© Sputnik / Murad OrujovParlamentin iclası
Parlamentin iclası - Sputnik Azərbaycan
Abunə olmaq
İclasda Milli Məclisin bəyanatının qəbul ediləcəyi gözlənilir

BAKI, 30 mart — Sputnik. Milli Məclisin xüsusi iclası başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, xüsusi iclasın gündəliyinə bir məsələ — Azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı daxildir.

İclasda Milli Məclisin bəyanatının qəbul ediləcəyi gözlənilir. Bir dəqiqəlik sükutdan sonra spiker Oqtay Əsədov iclası açıq elan edib.

Xatırladaq ki, bu il yanvarın 18-də Prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncam imzalayıb. Sərəncamla Milli Məclisə soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilib.

Xəbər lenti
0