Paytaxt sakinlərinə xəbərdarlıq

Abunə olmaq
Avtobus sərnişinlərinə dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmaları tövsiyə edilir

BAKI, 30 mart — Sputnik. Bakı Nəqliyyat Agentliyi sərnişinləri diqqətli olmağa çağırıb. Sputnik Azərbaycan Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, avtobus sərnişinlərinə dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmaları tövsiyə edilir.

Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində yolun hərəkət hissələrinə çıxmamaq, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib, düşmələrini xahiş edilir.

Xəbər lenti
0