Nümunəvi işçilər üçün mükafat təsis olunur

© Sputnik / Murad OrujovКорабли в Каспийском море, фото из архива
Корабли в Каспийском море, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda "Gəmiçilik sahəsində xidmətlərə görə" medalı təsis olunur

Bakı, 27 mart — Sputnik. Azərbaycanda "Gəmiçilik sahəsində xidmətlərə görə" medalı təsis olunur. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının qanununda dəyişiklik edilir.

"Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı ilə vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən gəmiçilik sahəsində çalışan işçilər, habelə Azərbaycan Respublikasında gəmiçilik sahəsinin inkişafı və təkmilləşdirilməsində xüsusi rolu şəxslər təltif ediləcəklər.

Layihə Milli Məclisin aprelin 3-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Xəbər lenti
0