18:04 19 Avqust 2018
Canlı yayım
  • RUB0.0254
  • USD1.7000
  • EUR1.9343
Qızıl

Azərbaycanlının milyonçu olmaq arzusunu gürcü polisi gözündə qoydu

© Sputnik / Irade CELIL
XƏBƏRLƏR
Qısa URL
443 0 0

Saxlanılan şəxsi 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir

Bakı, 23 mart — Sputnik. Gürcüstana 40 kiloqram çəkidə qızıl və zinət əşyalarını qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin sədr müavini Vaja Navrozaşvili keçirdiyi brifinqdə deyib. O bildirib ki, Azərbaycan vətəndaşı 36 kiloqram qızıl və 4 kiloqram çəkidə gümüş əşyaları Türkiyədən gətirib və "Sarpi" gömrük-keçid məntəqəsindən Gürcüstan ərazisinə keçirməyə cəhd edib. "Mercedes Benz" markalı avtobusun gizli yerində aşkarlanmış zinət əşyalarının ümumi dəyəri 2 milyon laridən çoxdur (821 202 dollar).

Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsi 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Əlaqədar

Evdən 30 min manatlıq qızıl-zinət əşyaları oğurlandı
Göydən qızıl-gümüş yağdı
Dörd qızıl, iki gümüş medalla geri dönürlər
Azərbaycanlı eks-məmurun bir milyonluq qızıl ehtiyatı hakimi niyə təəccübləndirmir?
Qızıl tapançanın izi ilə: Dağıstan hökuməti istefaya göndərildi

Əsas mövzular