01:21 18 İyul 2018
Canlı yayım
  • RUB0.0273
  • USD1.7000
  • EUR1.9921
Fransa və Aİ bayraqları

Fransada yüz minlərlə insan ayağa qalxdı

© AFP 2018 / Odd ANDERSEN
XƏBƏRLƏR
Qısa URL
312 0 0

Fransalılar dövlət başçısı Emmanuel Makronun iqtisadiyyat və təhsillə bağlı islahatlarına qarşı olduqlarını bildirirlər

Bakı, 23 mart — Sputnik. Fransada hökumətin qənaət planına etiraz edən yüzminlərlə insan küçələrə axışıb. Etirazlar 150-ə yaxın şəhər və qəsəbələri əhatə edir. Ən izdihamlı mitinqlər isə paytaxt Parisdə keçirilir. Fransalılar dövlət başçısı Emmanuel Makronun iqtisadiyyat və təhsillə bağlı islahatlarına qarşı olduqlarını bildirirlər.

Aksiyalar səbəbilə şəhər içi və şəhərlərarası qatarlarının 70 faizi relsləri təxirə salıb, paytaxtdakı hava limanlarında bütün aviareyslər dayandırılıb. Məktəblər tətilə çıxıb.

Sputnik Azərbaycan "Timeturk"ə istinadən xəbər verir ki, polis etirazçıları sakitləşdirmək üçün gözyaşardıcı qazdan və yüksək təzyiqli sudan istifadə edib. Yüzlərlə nümayişçi həbs olunub.

Fəhlə Həmrəyliyi Konfederasiyası qarşıdakı 5 il ərzində 120 min insanı işsiz qoymağı nəzərdə tutan islahatlardan dolayı narahat olduqlarını açıqlayıb.

Əlaqədar

Saakaşvili və tərəfdarları Ukraynada mitinq keçirirlər
Milli Şuranın və radikalların mitinq mövsümü başa çatdı
"Müsavat" partiyası mitinq keçirib
Bakıda mitinq keçirilir
İstanbulda nəhəng mitinq keçirilir
Yerevanda keçirilən mitinq dağıdılıb

Əsas mövzular