Özünü dördüncü mərtəbədən atdı, ancaq... - Cəlilabadda film kimi hadisə

© Sputnik / Irade JELILİntihar etmək istəyən sakin
İntihar etmək istəyən sakin - Sputnik Azərbaycan
Abunə olmaq
İlkin məlumata görə, o, psixi xəstəlikdən əziyyət çəkir

Bakı, 23 mart — Sputnik. Cəlilabad rayonunda intihara cəhd hadisəsi baş verib. "Report"un Aran bürosu xəbər verir ki, hadisə şəhərin Mirzəli Hüseynzadə küçəsində qeydə alınıb.

Belə ki, həmin küçədə yaşayan, 1986-cı il təvəllüdlü Famil Mirəddin oğlu Bəhrəmov yaşadığı 4 mərtəbəli binadan özünü ataraq intihara cəhd edib. Yaralı dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona ilkin tibbi yardım göstərilib.

İlkin məlumata görə, o, psixi xəstəlikdən əziyyət çəkir. 

Faktla bağlı araşdırma aparılır. 

Xəbər lenti
0