19:16 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
599 0 0

ABŞ-ın Xarici İşlər Nazirliyi, "Menbiçdən çəkilmək kimi bir niyyətimiz yoxdur" ifadəsini işlədib

Bakı, 23 mart — Sputnik. ABŞ-ın Menbiçdə hərbi qüvvəsinin olmasına dair Pentaqon dəqiq bir açıqlama verməkdən çəkinərkən, ABŞ-ın Xarici İşlər Nazirliyi, "Menbiçdən çəkilmək kimi bir niyyətimiz yoxdur" ifadəsini işlədib. 

Sputnik Azərbaycan CNNTürk-ə istinadən xəbər verir ki, ABŞ-ın Mərkəzi Qüvvətlər Komandanlığı (CENTCOM) və Xarici İşlər Nazirliyi günlük mətbuat konfransında Menbiçdəki ABŞ əsgərlərinə dair bəyanatlar verib. 

Pentaqondakı CENTCOM sözçüsü Adrian Renkin Qalovey (Adrian Rankine Gallowey), "Menbiçdən çəkilmək kimi bir niyyətiniz varmı?" sualına belə cavab verib: "Koalisyon qüvvələri hazırda Menbiç bölgəsində yerləşir. İŞİD-in nəzarətindən azad edilmiş digər bölgələrdə olduğu kimi, koalisiya qüvvələri Menbiç bölgəsində yerli sivil məclisin sabitliyi təmin etməsi üçün dəstəkləyir. Əməliyyat təhlükəsizliyi səbəbilə daha çox açıqlama verə bilmərik".

ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Hezə Nouret (Heather Nauert) də XİN-in brifinqində bənzər bir sual verilib. Sözçü, "Türkiyə ilə danışıqlarımız davam edir. Hələ ki, bir nəticə əldə edilməyib" ifadəsini işlədib. Danışıqların davam edəcəyinə ümid etdiklərini bildirən sözçü, "ABŞ-ın Menbiçdəki varlığına" dair, "Bizim çəkilmək kimi bir niyyətimiz yoxdur, amma bundan sonrası ilə bağlı ABŞ Müdafiə Nazirliyinə sual verməlisiniz" deyib.

Əlaqədar

Ərdoğan sözünü dedi: “Afrindən sonra Menbiç təmizlənəcək”
Türkiyə ilə ABŞ arasında yeni böhran - Bu dəfə Aralıq dənizində
Türkiyə ABŞ-ın yalanının üstünü açdı
Türkiyə XİN: ABŞ-ın qərarı son dərəcə narahatedicidir
Türkiyə baş nazirindən ABŞ-la müharibə anonsu

Əsas mövzular

  • Türkiyə sülhməramlıları, arxiv şəkli

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 11-də bəyan edib ki, Ankara ilə Moskva Qarabağda atəşkəsə nəzarət üzrə mərkəzin yaradılmasına dair memorandum imzalayıblar və türk hərbçilər də birgə sülhyaratma missiyasında iştirak edəcəklər

    31
  • Əklil

    Cavid Zeynallı Əjdər Həmidovun bir neçə saat əvvəl Kliniki Tibbi Mərkəzdə vəfat etdiyini deyib: "Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi, insultdan əziyyət çəkirdi".

    15
  • Təzə Bazar, arxiv şəkli

    "Bazarda yeraltı dayanacaqlar da nəzərdə tutulub. Bilirsiniz ki, Bakıda dayanacaq problemi var. Bu problemlər hamısı düşünülüb. Bu səbəbdən də tikintinin müddəti müəyyən dövr çəkəcək"

    12