Trampdan növbəti kadr dəyişikliyi

© REUTERS / Jonathan ErnstABŞ prezidenti Donald Tramp
ABŞ prezidenti Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Ağ Evdən verilən açıqlamada Tramp ilə qarşılıqlı olaraq anlaşılan Makmasterin vəzifəsindən istefa verdiyi bildirilib

Bakı, 23 mart — Sputnik. ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi general-leytenant Qerbert Makmasteri istefaya göndərib. Sputnik Azərbaycan "Milliyyet"ə istinadən xəbər verir ki, Ağ Evdən verilən açıqlamada Tramp ilə qarşılıqlı olaraq anlaşılan Makmasterin vəzifəsindən istefa verdiyi bildirilib. 

Reks Tillerson - Sputnik Azərbaycan
Tramp Tillersonu dövlət katibi postundan qovdu

Açıqlamada Makmasterin vəzifəsindən ayrılmasının ardınca yerinə ABŞ-ın keçmiş Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Con Boltonun gətiriləcəyi bildirilib. 

Ölkəsinə xidmətlərinə görə Makmasterə təşəkkür edən Tramp onun uğurlarına görə ABŞ-ın iqtisadi və hərbi üstünlüyünü qoruyub saxladığını qeyd edib. 

Makmaster isə bildirib ki, 34 illik xidmətindən sonra bu yaz ABŞ Ordusundan təqaüdə çıxacaq. 

ABŞ mətbuatında 9 apreldə vəzifəyə başlayacağı gözlənilən Con Boltonun xarici siyasət məsələlərini məsləhətləşmək üçün Tramp ilə tez-tez görüşdüyü bildirilir. İkilinin dünən Ağ Evdə xüsusi bir görüşünün baş tutduğu da qeyd edilir.  

Xəbər lenti
0