Trampdan Çinə qarşı gözlənilməz addım

© REUTERS / Jim BourgABŞ prezidenti Donald Tramp
ABŞ prezidenti Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ prezidenti Donald Tramp "Çinin iqtisadi təcavüzkarlığı ilə mübarizə" haqqında memorandum imzalayıb

BAKI, 23 mart — Sputnik. ABŞ prezidenti Donald Tramp "Çinin iqtisadi təcavüzkarlığı ilə mübarizə" haqqında memorandum imzalayıb. Sputnik Azərbaycan-ın APA-ya istinadən verdiyi xəbərə görə, MSNBS telekanalı sənədin imzalanması mərasimini yayımlayıb.   

İmzalanma mərasimində D.Tramp ticarət kəsirinin 540 mlrd. dollar həcmində olduğunu qeyd edib: "İstənilən ölkə üçün bu dünyada ən böyük kəsirdir".  

D.Tramp həmçinin intellektual mülkiyyət sahəsində də acınacaqlı vəziyyətin hökm sürdüyünü qeyd edərək, bu sahədə yüzlərlə milyard dollar məbləğində "oğurluqlar"ın baş verdiyini vurğulayıb.   

Onun sözlərinə görə, Vaşinqton ikitərəfli münasibətlərdə tarazlığın tərəfdarıdır.

Bundan başqa, D.Tramp ABŞ ticarət nümayəndəsinə 15 gün ərzində əlavə rüsumların tətbiq ediləcəyi Çin istehsalı malların siyahısını hazırlayıb təqdim edilməsinə dair göstəriş verib.  

ABŞ həmçinin lisenziyalaşdırılma sahəsindəki pozuntularla əlaqədar ÜTT-də Çinə qarşı iddia qaldırmaq niyyətindədir.

Xəbər lenti
0