ABŞ Türkiyəyə "anti-Rusiya" planı təklif edəcək

© Sputnik / Aleksandr Vilf / Mediabanka keçidS-400 / S 400
S-400 / S 400 - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ Dövlət Departamentində hərbi və diplomatik əlaqələr departamentindən məsul səfir Tina Kaidanov Türkiyəyə səfər edəcək

BAKI, 22 mart — Sputnik. Türkiyənin Rusiya ilə imzaladığı "S-400" raket müdafiə sistemlərinə qarşı Vaşinqton rəhbərliyi öz təklifini bu ayın sonunda Ankaraya təqdim edəcək. Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, yüksək vəzifəli bir amerikalı diplomat ABŞ Dövlət Departamentində hərbi və diplomatik əlaqələr departamentindən məsul səfir Tina Kaidanovun Türkiyəyə səfər edəcəyini deyib.

Türk-Amerika Müdafiə Sənayesi Dialoqu çərçivəsində reallaşacaq səfərdə ABŞ tərəfi "S-400"lərə alternativ olaraq Patriot raket əleyhinə müdafiə sistemlərini ehtiva edən bir təklif verəcək. Amerikalı səlahiyyətli, öz təkliflərindən ümidli olduqlarını, səfərin artmasının isə bu baxımdan çox yaxşı olduğunu bildirib.

Türkiyə rəsmiləri ötən aylarda verdikləri bəyanatlar Türkiyənin "S-400"ə olan marağını əsas səbəbi kimi ABŞ Konqresinin çıxardığı çətinlikləri göstərmişdi. Amerikalı səlahiyyətli Tramp rəhbərliyinin silah satışlarını bir xarici siyasət halına gətirdiyini, bu səbəbdən artıq Konqresdən silah satışlarının asanlıqla keçməsi üçün çalışacaqlarını vurğulayıb. Bir Türkiyəli diplomat isə səfərin 31 martda reallaşacağını bildirib.

Xəbər lenti
0