17:32 07 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8883
Художественное изображение черной дыры в созвездии Девы, поглощающей рекордные количества материи

Böyük fəlakət yaxınlaşır - SOS

© AP Photo / NASA/Chandra X-ray Observatory/M.Weiss
XƏBƏRLƏR
Qısa URL
157620

Planetimizə doğru saata 101 min kilometr sürətlə irəliləyən "Bennu" adlı asteroit NASA-nı hərəkətə keçirib

BAKI, 22 mart — Sputnik. Planetimizə doğru saata 101 min kilometr sürətlə irəliləyən "Bennu" adlı astreoit NASA-nı hərəkətə keçirib. Sputnik Azərbaycan "Hürriyet"ə istinadla xəbər verir ki, təxminən 500 metr hündürlüyündə olan "Bennu" riskli kateqoriyasında dəyərləndirilən NASA, mümkün fəlakətin qarşısını almaq üçün iki plan hazırlayıb.

Birinci plan "Bennu"nun istiqamətini dəyişdirməkdir. Plan görə 8.8 ton ağırlığında olan "Hammer" (Çəkic) adlı kosmos cihazı asteroidlə toqquşdurulacaq və asteroid istiqamətini dəyişdirəcək.

NASA-nın ikinci planı isə nüvə silahından istifadə etməkdir. Bu variantda kosmos cihazına nüvə silahı yerləşdiriləcək və "Bennu" dünyadan çox uzaq bir məsafədə vurularaq parçalanacaq.

Fizikçi Kirsten Hovley ABŞ mətbuatına verdiyi açıqlamada "Bennu"nun 2135-ci ildən əvvəl planetimizə dəyməsi ehtimalının hazırda aşağı olduğunu bildirib, amma, NASA-nın buna baxmayaraq, indidən işlər apardığını vurğulayıb.

Əsas mövzular