Kriminal aləmdə yeni müharibə gözlənir: Erməni “qanuni oğru” Lotu Quliyə şər atıb

© Sputnik / Vitaly Timkiv / Mediabanka keçidTapança, arrxiv şəkli
Tapança, arrxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə polisi növbəti dəfə Azərbaycan əsilli qanuni oğru, kriminal aləmdə Lotu Quli ləqəbi ilə tanınan Nadir Səlifovun qanının arasına girib

Ülkər İsmayılqızı

BAKI, 19 mart — Sputnik. Türkiyə polisi növbəti dəfə Azərbaycan əsilli “qanuni oğru”, kriminal aləmdə Lotu Quli ləqəbi ilə tanınan Nadir Səlifovun qanının arasına girib. Belə ki, ötən il dekabrın 22-də İstanbulda güllələnən qanuni oğru David Alxanaşvilinin (Dato Pankisski) heç də iddia edildiyi kimi Lotu Quli tərəfindən deyil, erməni qanuni oğru Andranik Soqoyan (Zap Leninakanski) tərəfindən öldürüldüyü məlum olub. Türkiyə polisi Dato Pankisskinin qətlinin izinə düşüb və onun Ermənistan vətəndaşı olan killerlər tərəfindən öldürüldüyünü müəyyən edib.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, Zap Leninakanskini üç kriminal avtoritetə sui-qəsddə şübhəli bilirlər. Zap kutaisili “qanuni oğru” Qoçi Alpaidzenin (Alfason) güllələnməsinin təşkilatçısı olmaqda ittiham edilir. Qoçi Alpaidze ötən ilin sonlarında kriminal avtoritet Nodar Asoyanın (Nodar Rustavski) sifarişi ilə Türkiyədə qətlə yetirilib.

© Photo : STR"Lotu Quli" ləqəbli Nadir Səlifov
Lotu Quli ləqəbli Nadir Səlifov - Sputnik Azərbaycan
"Lotu Quli" ləqəbli Nadir Səlifov

Bundan başqa, Zapın sabiq “qanuni oğru” Qayk Nikoqosyanla (Ayko Karabaxski) haqq-hesab çəkməkdə, adamlarının Qaykı evindəcə ayağından güllələyərək şikəst etməsində rəhbər rola malik olduğu da heç kəsə sirr deyil.

Bu il fevralın 27-də məlum olub ki, Türkiyə polisi Dato Pankisskinin qətlinin izinə düşüb. Türkiyənin hüquq-mühafizə orqanlarından verilən məlumata görə, killerlər Ermənistan vətəndaşı olublar. Qətlin təşkilatçısının Zap Leninakanski olduğu ehtimal edilir.

"Praym Kraym" nəşrinin yazdığına görə, Pankisskinin uğurlu əməliyyatla aradan götürülməsi üçün Zap sifarişi 1 nömrəli azərbaycanlı qanuni oğru Nadir Səlifovdan (Lotu Quli) alıb. Çünki Lotu Quli hazırda Rusiyanın cinayət aləminin lideri Zaxari Kalaşovdan (Şakro Molodoy) sonra "oğru tacı"na əsas iddiaçılardan biridir.

© Photo : Primecrime.ruAndranik Soqoyan
Andranik Soqoyan - Sputnik Azərbaycan
Andranik Soqoyan

Lakin kriminal dairələrə yaxın mənbələrdən Sputnik Azərbaycan-a verilən məlumata görə, Pankisskinin qətlini Zapa Lotu Quli sifariş verməyib. Çünki Zap Lotu Qulinin klanına daxil deyil. Üstəlik, əgər İstanbul polisi Pankisskinin qətlinin izinə düşübsə, onda, mütləq hazırda Türkiyədə məskunlaşan Lotu Qulini nəzarət altına almalı idi.

"Lotu Qulinin Panksskinin öldürülməsi ilə heç bir əlaqəsi yoxdur. Zapın daxil olduğu klan sadəcə, günahı Lotu Qulinin üstünə atmaqla onu Pankissikinin daxil olduğu klanın düşməninə çevirmək istəyir. Ümumiyyətlə, son vaxtlar kriminal aləmdəki çeçen klanlar bütün zibilləri Lotu Qulinin üzərinə atmağa çalışırlar" – deyə kriminal dairələrə yaxın mənbə bildirib.

Xatırladaq ki, bu yaxınlarda Çeçenistanın Urus-Martan rayonunun Alxan-Yurt kəndinin sakini, 1982-ci il təvəllüdlü Dutayev Apti Əhməd oğlunun qətlində də Lotu Qulinin adı hallandırılırdı. Lakin sonra Çeçenistan Respublikasının Daxili İşlər Nazirliyi bu məlumatı təkzib etdi.

Lotu Quli Şeyx Həmzət ləqəbli çeçen kriminal avtoritet, oğru dünyasının "Ümumavropa kassası"nın nəzarətçisi Həmzət Qastəmirovun da düşmənidir. Qastəmirov 18 avqust 2016-cı il tarixində İstanbulun Barbarossa bulvarında öldürülmüş azərbaycanlı "qanuni oğru" Rövşən Canıyevin (Lənkəranski) qətlinin intiqamını Lotu Qulidən almağı öz üzərinə götürüb.

Мужчина в наручниках, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda 31 nəfər kriminal avtoritet saxlanılıb

Lotu Quli həbsxanada 22 il vaxt keçirib. O, 90-cı illərin əvvəllərində bir sıra səs-küylü cinayətlərin törədilməsində ittiham olunaraq həbs edilmişdi. Məhbəsdə olduğu vaxtda uzun illər Gürcüstana ekstradisiyasına nail olmağa çalışıb. Ötən il oktyabrın 24-də Qaradağ Rayon Məhkəməsi vəkilin Nadir Səlifovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı vəsatətini təmin edib. Lotu Quli həbsxanadan çıxan gün Türkiyədə inşaat biznesi ilə məşğul olan qardaşları Namiq və Müşfiq Səlifovların yanına gedib.

Bir müddət əvvəl Lotu Qulini qətlə yetirmək üçün ona hücum təşkil etməkdə şübhəli bilinən bir qrup killer İstanbulda toplaşıb. Hüquq-mühafizə orqanlarının gördüyü tədbirlər nəticəsində həmin killerlər qrupu İstanbulun Bakırköy rayonunda yerləşən "Ömür ticarət mərkəzi"ndə saxlanılıb.

O zaman sui-qəsdin təşkilinə görə Rövşən Lənkəranskinin gömrük məmuru olan qardaşı Namiq Canıyev günahlandırılırdı. Hesab edilirdi ki, o, Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Abdurrahman Çolak, Orxan Engin, Hacı Ömər Ertekin, Emre Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Dənizçi və Mehmet Sabri Şirindən ibarət killerlər qrupuna rəhbərlik edir. Onların arasında "qanuni oğru", Hacı Beyləqanski adı ilə məşhur olan Talıbxanlı Hacıbaba Tahir oğlu da olub.

Rusiyada Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı - Sputnik Azərbaycan
Rusiya “qanuni oğru”lara qarşı müharibə elan edib

Lakin araşdırma zamanı Nadir Səlifova qarşı sui-qəsdin hazırlandığına dair iddia təsdiqini tapmayıb, Namiq Canıyevin sui-qəsddə iştirakı barədə iddia da həmçinin.

Bu il yanvarın 8-də İstanbul məhkəməsinin qərarı ilə Namiq Canıyev azadlığa çıxıb. Canıyevlə birlikdə ötən ilin noyabrında digər azərbaycanlı qanuni oğru Nadir Səlifova (Lotu Quli) sui-qəsd təşkil etməkdə şübhəli bilinərək saxlanan bütün azərbaycanlılar azad edilib.

Xəbər lenti
0