02:38 24 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8906
Əlləri ilə qulaqlarını tutmuş uşaq

Paytaxt sakinlərinin yuxusu ərşə çəkilib - GECƏ KABUSU

CC0 / Counselling / hands
XƏBƏRLƏR
Qısa URL
1690861

Karaoke-restoranın sahibi bina sakinlərini uzun müddətdir yuxuya həsrət qoyub

BAKI, 19 mart — Sputnik. Paytaxtın Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsində "Yuxa" karaoke-restoranı açılandan sonra buradakı evlərin sakinlərinin həyatı kabusa dönüb. Həmin müəssisədə gecə saat 3-ə qədər yüksək səsli musiqi sədaları altında mahnı oxuyurlar ki, o da evlərin içində aydınca eşidilir və yatmağı mümkünsüz edir.

Naxçıvani küçəsindəki 368 nömrəli binada ("Elit" ticarət mərkəzinin arxası) yaşayan sakinlər Sputnik Azərbaycan-a bildiriblər ki, problem təkcə onların səs-küydən yata bilməmələri deyil, həm də orada baş verənlər ucbatından daim əsəb böhranı keçirmələridir. Həmin evdə çox sayda gənc ailə yaşayır ki, onların da azyaşlı uşaqları var. Axşam saat 9-da yatmalı olan azyaşlı uşaqlar restorandan gələn səs-küy səbəbindən yata bilmirlər və onların yuxu rejimi tamamilə pozulur.

"Mən bütün günü gərgin işləyəndən sonra evə gəlirəm ki, yatıb dincəlim, çünki səhər yenidən işə getməliyəm. Amma bu mümkün deyil. Restorana gələn müştərilərin oxuduğu mahnılar gecə saat 3-ə qədər yatmağa imkan vermir, 3-dən sonra isə yuxumuz qaçır", — deyə binanın adının çəkilməsini istəməyən sakini bildirib.

Onun sözlərinə görə, restoran səsin ətrafa yayılmaması üçün vacib olan səs izolyasiya sistemi ilə təchiz edilməyib: "Bu, yeni tikilmiş binadır və onun divarları çox nazikdir. Səsi asanlıqla keçirir. Mən artıq bununla bağlı polisə müraciət etmişəm. Lakin sahibkara və administratora qarşı hər hansı tədbir görülməyib".

Binanın sakinləri özləri də klubun Vaqif adlı administratoru ilə söhbət ediblər. Administrator sakinləri arxayın edib ki, müəssisədə səs izolyasiya ediləcək və gecə saat 12-dən sonra onları heç bir səs-küy narahat etməyəcək. Lakin fevral ayında baş verən bu söhbətdən sonra da bina sakinləri azı beş dəfə restorandan gələn zəhlətökən səsdən əziyyət çəkiblər.

Sputnik Azərbaycan-ın əməkdaşı da restoranın rəhbərliyi ilə əlaqə saxlayıb. Administrator bildirib ki, restoran səsdən ikiqat izolyasiya edilib və buradan kənara heç bir səs-küy çıxmır: "Üstəlik, restoran gecə saat 12-dək işləyir. Biz sakinlərlə məsələni özümüz ayırd edəcəyik. Qarışqadan fil düzəltmək lazım deyil. Burada heç nə baş verməyib".

Lakin binanın sakinləri səsin izolyasiyası ilə bağlı başqa fikirdədirlər. Vətəndaşlar bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də şikayət ediblər.

Restoran sahibi bilməlidir ki, istirahətin təşkili zamanı hər bir vətəndaşın hüquqlarına hörmətlə yanaşmaq lazımdır. AR-nın İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə (Məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması) əsasən, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə, fiziki şəxslər 300 manatdan 400 manatadək, vəzifəli şəxslər isə 2,5 min manatdan 3,5 min manatadək edilir.

Əlaqədar

Bakının ilk qız diceyi: "Toylar gecə klublarından daha təhlükəlidir"
Gecə klubunda dəhşət: 22 nəfər yaralandı
Əsgərlər gecə klubunda dava saldılar
Hacıbala Abutalıbov: Əxlaqsız gecə klubunu Yazıçılar Birliyi icarəyə verib
Bakıda gecə klubunun sahibəsini kim və niyə zorlayıb
Teqlər:
administrator, "Yuxa" karaoke-restoranı, Əcəmi Naxçıvani küçəsi, Binəqədi rayonu, yuxu, sakin, səs-küy, Bakı, gecə, paytaxt

Əsas mövzular