04:33 28 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9932
  • RUB0.0234
XƏBƏRLƏR
Qısa URL
536 0 0

Bayram sovqatı sosial yardım alanlara şamil olunub

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 15 mart — Sputnik. Bu gün Heydər Əliyev Fondu tərəfindən Bərdə rayonunda sosial yardıma ehtiyyacı olanlara ünvanlanmış daha bir xeyriyyəçilik aksiyası həyata keçirilib. Belə ki, Heydər Əliyev Fondunun bayram sovqatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Bərdə rayon şöbəsinin hazırladığı siyahı əsasında sosial yardım alan vətəndaşlara paylanılıb.

Heydər Əliyev Fondunun bayram sovqatı sosial yardım alan vətəndaşlara  paylanılıb
© Sputnik / Musa Muradlı
Heydər Əliyev Fondunun bayram sovqatı sosial yardım alan vətəndaşlara paylanılıb

Sosial yardım alan Elvin Ramiz oğlu Mustafayev, Rahib Elşən oğlu Həsənli Sputnik Azərbaycan vasitəsilə bayram sovqatına görə Heydər Əliyev Fonduna minnətdarlığını bildiriblər: "Heydər Əliyev Fonduna və onun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümüzü bildiririk. Verilən yardım müəyyən qədər bayramımızı təmin edir. Bayram sovqatında süfrəyə lazım olan hər şey var". 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Bərdə rayon şöbəsinin müdiri aksiyanın sosial yardım alanların gəlib bayram sovqatlarını götürənə qədər davam edəcəyini bildirib: "Əgər sabaha qədər gəlib hamı payını götürsə, sabah, ya da bir neçə gün gələnlər davam eləsə, sonuncu bayram sovqatı götürüləndə aksiya başa çatacaq".

Onu da qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Bərdə rayon şöbəsindən 1000 nəfər sosial yardım alan vətəndaşın olduğu bildirilib.

Əlaqədar

Heydər Əliyev Fondu uşaqlar üçün bayram keçirib
Heydər Əliyev Fondu aktyorun əməliyyat xərclərini öz üzərinə götürdü

Əsas mövzular