CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dəmir yolu nəqliyyatından istifadə edənlərin nəzərinə!

© Photo : ADY mətbuat mərkəziBakı-Tbilisi - Qars dəmir yolu
Bakı-Tbilisi - Qars dəmir yolu - Sputnik Azərbaycan
Abunə olmaq
Sərnişin qatarlarına əlavə vaqonlar qoşulur

BAKI, 15 mart — Sputnik. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Sərnişin Daşımaları Departamentinin kollektivi Novruz bayramı ərəfəsində gücləndirilmiş iş rejimində çalışacaq. Bu barədə Sputnik Azərbaycan-a QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.

O bildirib ki, Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür: "Bayram ərəfəsində sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələb olunan sayda əlavə vaqonların qoşulması təmin edilir. Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir. Sərnişin qatarlarına əlavə vaqonlar qoşulur".

Xəbər lenti
0