Türkiyənin baş naziri Bakıya gəldi

© REUTERS / Yiannis KourtoglouBinəli Yıldırım, Türkiyənin baş naziri
Binəli Yıldırım, Türkiyənin baş naziri - Sputnik Azərbaycan
Abunə olmaq
Binəli Yıldırımın prezident İlham Əliyevlə görüşü nəzərdə tutulur

BAKI, 14 mart — Sputnik. Türkiyənin baş naziri Binəli Yıldırım Azərbaycana səfərə gəlib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, B.Yıldırımı Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və digər rəsmi şəxslər qarşılayıblar.

Türkiyə baş nazirinin prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, baş nazir Artur Rasi-zadə və digər rəsmi şəxslərlə görüşlər nəzərdə tutulur.

Xəbər lenti
0