Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Dünya çempionatının ulduz elçisi Bakıdadır

© Photo : Facebook / TwanVanGendtHollandiyalı idmançı Tvan van Gendt, arxiv şəkli
Hollandiyalı idmançı Tvan van Gendt, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Dünya çempionu: "Bu gözəl şəhərdə keçiriləcək dünya çempionatının təbliğatı üçün əlimdən nə gəlirsə, etməyə çalışacam"

BAKI, 14 mart — Sputnik. İyunun 5-9-da Bakıda keçiriləcək BMX idmanı üzrə dünya çempionatı ilə əlaqədar, yarışın ulduz elçisi, hollandiyalı idmançı Tvan van Gendt paytaxtımızdadır. Səfərin əsas məqsədi həm yarış trekini sınaqdan keçirmək, həm də dünya çempionatı ilə bağlı dəstək aksiyasında iştirak etməkdir.

Sputnik Azərbaycan Velosiped Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunlarının BMX yarışlarında gümüş medal qazanan hollandiyalı velosipedçi paytaxtımızı özü üçün uğurlu şəhər hesab etdiyini deyir: "2015-ci ildə Avropa Oyunlarında qazandığım gümüş medal mənim üçün çox dəyərlidir. Əslində həmin vaxt qızıl qazanmamağım fiziki yox, psixoloji hazırlıqla bağlı idi. Daha sonra Avropa çempionu və Dünya Kubokunun qalibi adını da qazandım. Ümid edirəm ki, builki dünya çempionatında da yüksək nəticə göstərə bilərəm".

Velosiped - Sputnik Azərbaycan
İDMAN
Azərbaycanlı velosiped həvəskarları üçün şad xəbər

Yarış trasında məşq yürüşləri həyata keçirən ulduz elçinin sözlərinə görə, hazırda BMX Treki 2015-ci illə müqayisədə xeyli fərqlənir və yenidənqurma işlərindən sonra texniki cəhətdən daha maraqlıdır. Paytaxtımızın gözəlliyi və milli mətbəximiz isə onu valeh edib: "Bakı həqiqətən çox gözəldir. Yeməklərinizə isə söz ola bilməz. Bu gözəl şəhərdə keçiriləcək dünya çempionatının təbliğatı üçün əlimdən nə gəlirsə, etməyə çalışacam. Öz şanslarıma gəlincə, düşünürəm ki, rəqabət kifayət qədər ciddi olacaq. Təkcə Hollandiya yığma komandasının heyətində kifayət qədər səviyyəli idmançı var".

Qeyd edək ki, Azərbaycan Velosiped İdmanı Federasiyası və "Red Bull" şirkətinin dəvəti ilə Bakıda olan Tvan van Gendt sınaq yürüşlərindən başqa bir neçə tanıtım videoçarxının çəkilişlərində iştirak etməklə yanaşı, yeniyetmə və gənc velosipedçilər üçün seminar da təşkil edəcək.

Xəbər lenti
0