Tələbələrə yeni imkan yaradılır

© Photo : UNECAzərbaycan Dövlət İqtisad Universitetinin binası
Azərbaycan Dövlət İqtisad Universitetinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
UNEC tələbələrinin missiyası – paytaxtın beynəlxalq imicinin formalaşdırılması

BAKI, 13 mart — Sputnik. UNEC-in İqtisadiyyat fakültəsinin tələbələri ixtisas təcrübəsini davam etdirir. Turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələr təcrübələrini Mədəniyyət və Turizm Nazirliyinin Milli Turizm Təbliğat Bürosunda keçirlər.

Azərbaycan Dövlət İqtisad Universitetinin binası - Sputnik Azərbaycan
CƏMİYYƏT
UNEC-də tədris və imtahanların təşkili qaydaları dəyişdi

Sputnik Azərbaycan UNEC-in mətbuat xidmətinə istinadən xəbər verir ki, qurumun direktoru Fuad Nağıyev UNEC-in tələbələrinin Milli Turizm Təbliğat Bürosunun həyata keçirdiyi layihələrdə fəal iştirak etdiklərini bildirib. O, Novruz Bayramı günlərində paytaxtın beynəlxalq imicinin formalaşdırılması, şəhər brendinin istifadəsi üzrə uzunmüddətli fəaliyyət planının hazırlanmasında, o cümlədən brenddən istifadə üzrə nəzarət tədbirlərinin görülməsi, rebrendinq və marketinq işlərinin əlaqələndirilməsinin ixtisas təcrübəsi keçən UNEC-in tələbələrinin qarşısına qoyulan əsas missiya olduğunu bildirib.

UNEC-in Təcrübənin təşkili şöbəsinin müdiri Natiq Qurbanov və təcrübə rəhbəri, "Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi" kafedrasının müəllimi Yalçın Köçərli turizm fəaliyyətinin səmərəliliyinin artırılması, bu sahədə yeni, kreativ ideyaların yaranması və ölkəmizi tanıdan turizm məhsullarının təqdimatında Mədəniyyət və Turizm Nazirliyi ilə UNEC-in birgə əməkdaşlığının davamlı olmasının əhəmiyyətini vurğulayıblar.

Fakültədə iqtisadiyyat və əməyin iqtisadiyyatı üzrə təhsil alan tələbələr isə təcrübələrini Azərbaycan Dövlət Neft Şirkətinin Neft və Qaz Sənayesi İşçilərinin Respublika Həmkarlar İttifaqı Komitəsində davam etdirirlər. Təcrübənin rəhbəri, UNEC-in Distant, qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev tələbələr üçün yaradılan şəraiti yüksək qiymətləndirib. Bildirib ki, təcrübə zamanı tələbələr sığorta işinin təşkili, əmək haqqının tənzimlənməsi və digər prosesində yaxından iştirak edirlər.

Xəbər lenti
0