Bakıda yanğın həyəcanı

CC0 / 12019 / fireYanğın, arxiv şəkli
Yanğın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə yerinə FHN xilasediciləri cəlb olunub

BAKI, 12 mart — Sputnik. Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 85 m2 olan birmərtəbəli 3 otaqlı evin eyvanının lambirdən ibarət tavanı 12 m2 sahədə və 1 ədəd dolab qismən yanıb. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti
0