Tanınmış müğənnidən müsəlmanlara qarşı örnək addım

© Photo : Instagram / maherzainofficialMaher Zain Arakan
Maher Zain Arakan - Sputnik Azərbaycan
Abunə olmaq
Myanmarda ötən ilin iyulundan başlayaraq müsəlmanlara qarşı etnik soyqırım həyata keçirilir

BAKI, 7 mart — Sputnik. Livan əsilli İsveçli müğənni Maher Zain Bangladeşdə arakanlı müsəlmanların qaldığı düşərgələri ziyarət edib. O, Türkiyə Qızıl Aypara cəmiyyətinin yardım işlərinə də qatılıb.

Müğənni Zain Qızıl Aypara cəmiyyətinin fədakarlığından, gördüyü xeyriyyə işlərindən təsirləndiyini deyib.

"Bu cür insani davranışlar bu gün dünyada olduqca əhəmiyyətlidir. Deməyə söz tapa bilmirəm. Türkiyə Qızıl Aypara Cəmiyyəti həqiqətən möhtəşəm işlər görür. Gedəcəyim hər yerdə bu haqda danışacağam", — Maher Zain qeyd edib.

Sputnik Azərbaycan "Yeni Akit"ə istinadən xəbər verir ki, Myanmarda ötən ilin iyulundan başlayaraq müsəlmanlara qarşı etnik soyqırım həyata keçirilir. Xüsusilə Arakan bölgəsində yaşayan müsəlman azlıqlar budist radikallar tərəfindən vəhşicəsinə qətlə yetiriliblər. Yüzminlərlə arakanlı müsəlman canlarını xilas edə bilmək üçün qonşu Banqladeşə sığınıb.

Xəbər lenti
0