02:27 20 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
XƏBƏRLƏR
Qısa URL
41 0 0

Cəmiyyətin ab-havası, uşaqların cəmiyyətdə tutduğu mövqe analardan asılıdır. Ona görə də qadınların sağlam düşüncədə olması mütləqdir

BAKI, 7 mart — Sputnik. Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində  8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə zorakılığa məruz qalmış qadınların sosial adaptasiyası probleminin həlli yolları müzakirə olunub. Müzakirədə vətəndaş cəmiyyətinin tanınmış fəalları və ekspertlər bu problemə öz baxışlarını açıqlayıblar, təcrübələrini bölüşüblər.

Tədbiri giriş sözü ilə açan İlqar Vəlizadə qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə bütün qadınları təbrik edib. O bildirib ki, cəmiyyətin ab-havası, uşaqların cəmiyyətdə tutduğu mövqe analardan asılıdır. Ona görə də qadınların sağlam düşüncədə olması mütləqdir.

Tədbirdə iştirak edən Qadın Liderliyi Uğrunda İctimai Birliyinin sədri Ülkər Abdullayeva çıxışı zamanı bildirib ki, kişilərin qadınlara qarşı zorakılığı davam etdiyi müddətcə qadınların zorakılığı problem olaraq qalacaq.

Ü.Abdullayeva son illərdə gender bərabərliyi uğrunda mübarizə daha da sürətləndiyini, çox sayda qətnamələr qəbul edildiyini də xatırladıb: “Hətta, son 20 ildə qadınlar siyasətdə fəallaşıb. Parlamentlərdə qadınların təmsili 50 faiz artıb. Amma, ümumilikdə dünyada 23 faiz parlamentdə üzv olan qadınlardır. Bu da çox azdır”.

İB-nin sədri vurğulayıb ki, müharibədən ən çox əziyyət çəkən də qadınlardır. Çünki onlar tək özləri yox, uşaqları da zorakılığın qurbanı olur. Hazırda dünyada gedən sülh danışıqlarında cəmi 9 faiz qadın iştirak edir.

Ü.Abdullayeva deyib ki, kişilərlə eyni işi görən qadınlar 25 faiz daha az əmək haqqı alırlar: “Bu da qadınlara qarşı zorakılığın bir növüdür. Dünyada hər 3 qadından 1-i kişi zorakılığının qurbanı olur. Eyni zamanda yüksək vəzifələrdə də qadınlara az yer verilir.  KİV-də də jurnalist qadınlar azlıq təşkil edir. Bu da dəhşətli statistikadır”.

Qadın Liderliyi Uğrunda İctimai Birliyinin sədri əlavə edib ki, həmçinin təhsildə də gender bərabərliyi pozulur. Savadlılıq dərəcəsində də kişilər daha üstünlük əldə edirlər: “Dünya qadınlarının 60 faizi savadsızdır. Hətta böyük əksəriyyəti oxuyub-yaza da bilmir. Müsəlman ölkələrində savadlılıq daha çoxluq təşkil edir. Eyni zamanda Hindistanda və Asiya ölkələrində də qadınlar savadsızdır”. 

Abdullayeva qeyd edib ki, bu statistika illərdir aparılan mübarizənin, az da olsa, təsirinin olduğunu göstərir: “Azərbaycanda da işləyən, təhsil alan qadınların sayı artır. Amma günü-gündən ölkədə qadın zorakılığı çoxalır. Dövlətimiz bu proseslə mübarizə aparsa da, cəmiyyətimiz özü bu problemin həllinə hazır deyil. Çünki, uzun illər ailə münasibətlərinin kök salmasıdır. Bunun həlli də uzun zaman alacaq. Məsələnin həlli yolu isə təbliğatdan asılıdır”.

Gənc Demokratlar İnstitutunun direktoru Yeganə Hacıyeva qeyd edib ki, qadınlar  onlara qarşı zorakılıqla özləri də mübarizə aparmalıdır. Bu zaman institutların və QHT-lərin mübarizəsi ilə birləşərək, daha uğurlu nəticə əldə etmək olar.

O bildirib ki, cəmiyyətdə ən böyü problem  zorakılıqda qadının özünü günahlandırılmasındadır. Bu da doğru yanaşma deyil: “Bütün qadınlar şərait və məkana görə təhsil və yaşam tərzi dəyişir.  Bu da onun günahı deyil. Ən böyük problem isə, qadınları qınaq obyektinə çevirməsidir.  Çünki  belə insanlar cəmiyyətin qınağından qorxaraq zorakılığa məruz qalmağı daha üstün tutur”.

“Bunun fəsadları da bu gün özünü cəmiyyətdə göstərir. Axı heç kim zorakılığa məruz qalmaqdan sığortalanmayıb. Ona görə də, qanunvericiliyin bu istiqamətdə sərtləşdirilməsinin tərəfdarıyam”, — deyə Y.Hacıyeva vurğulayıb.

Əlaqədar

Kollektivdən nazirə məktub: "Hər kəsə qarşı zorakılıq edir"
Azyaşlı qıza qarşı zorakılıq etmiş xəstə yaxalandı
Qadınlara qarşı zorakılıq nədən doğur və onlar niyə intihar edirlər!
Türkiyəli qıza qarşı absurd zorakılıq
Restoran müdirindən qadın işçisinə qarşı zorakılıq
BMT-də uşaqlara qarşı zorakılıq müzakirə edilir
Teqlər:
8 Mart Beynəlxalq Qadınlar Günü, zorakılıq

Əsas mövzular