Bu günə gözlədiyimiz xəbər gəldi

© Sputnik / Murad OrujovЖители столицы на Приморском бульваре в Баку
Жители столицы на Приморском бульваре в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın rayonlarında martın 7-də bəzi yerlərdə yağış yağacağı, gündüz havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir

BAKI, 6 mart — Sputnik. Bakıda və Abşeron yarımadasında martın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, səhər bəzi yerlərdə zəif duman olacaq.

На Баку обрушился ливень - Sputnik Azərbaycan
Nazirlik hava xəbərdarlığı edir

Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-6, gündüz 10-15, Bakıda gecə 4-6, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında martın 7-də bəzi yerlərdə yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 13-18, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə: Martın 7-də Bakıda və Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbər lenti
0