Sumqayıtda dönər evi yanıb kül oldu

Abunə olmaq
Sumqayıt şəhərində yerləşən dönərxanalardan birində yanğın baş verib

BAKI, 4 mart — Sputnik. Bu gün Sumqayıt şəhərində yerləşən dönərxanalardan birində yanğın baş verib.

Ümumi sahəsi 20 m2 olan taxtadan ibarət dönərxananın yanar konstruksiyaları külə dönüb.

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, yaxınlıqdakı tikililər və avtomobillər yanğından mühafizə olunub.

Yanğın FHN-in yanğın bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti
0