22:06 24 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0262
  • EUR1.9008
Avtobus

Paytaxta 300 yeni avtobus gətirilir

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
144 0 0

Bakı şəhərində 700-ə yaxın marşrut avtobusu vahid kart sisteminə keçəcək

BAKI, 28 fevral — Sputnik. "İlin sonuna kimi paytaxta 300-dən çox yeni avtobus gətiriləcək".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktorunun müşaviri Mübariz Abbasov deyib.

BNA rəsmisi jurnalistlərə açıqlamasında qeyd edib ki, bu il ərzində Bakı şəhərində 700-ə yaxın marşrut avtobusu vahid kart sisteminə keçəcək.

"Hazırda bu sistemə 500-ə yaxın marşrut avtobusu qoşulub. İlin sonuna kimi şəhərə 300-dən çox yeni avtobus gətiriləcək. Onlar 21 daşıyıcıya paylanacaq. Bu günə qədər BNA-nın tələbi ilə daşıyıcılar 1 000-ə yaxın avtobusu təmir edib standarta uyğunlaşdırıblar", — deyə BNA rəsmisi bildirib.

M.Abbasov marşrut xətlərinin sayına da aydınlıq gətirib. Əlavə edib ki, BNA yaranana qədər Bakıda 157 marşrut xətti olub ki, optimallaşma nəticəsində bunların sayı 146-ya enib.

Əlaqədar

Paytaxtda avtobus ciddi qəza şəraiti yaratdı – VİDEO
Sərnişinlər avtobus yoluna çıxdılar, günahkar isə sürücünü gördülər
Paytaxtda daha bir avtobus qalmaqalı
Bakıda daha bir ağır avtobus qəzası: betonqarışdıran maşınla toqquşdu
Bakıda avtobus sürücüsü daha bir faciə törətdi
Teqlər:
BNA, marşrut, avtobus, Bakı

Əsas mövzular