CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda qeyri adi olay: Avtomobil oğurladı və nişanlısını aldatdı

© Sputnik / Murad OrujovPost Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli
Post Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Xəyal Əliyev avtomobili qaçıraraq nişanlı olduğu qızı götürməyə gedib

BAKI, 28 fevral — Sputnik. Binəqədi rayonunda qeyri-adi oğurluq faktı qeydı alınıb. Sputnik Azərbaycan Avtosfer-ə istinadən xəbər verir ki, Ehtiram Vəliyev adlı şəxs polisə müraciət edərək bildirib ki, ona məxsus 99 PX 856 dövlət nömrə nişanlı "Daewoo" markalı avtomobili oğurlanıb.

Polis əməkdaşları dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıblar və avtomobil Azadlıq prospektində saxlanılıb. İlkin istintaq hərəkətləri zamanı məlum olub ki, saxlanılan Xəyal Əliyev avtomobili qaçıraraq nişanlı olduğu qızı götürməyə gedib. Hətta qızı təzə maşın aldığına da inandırıb.

Hazırda Binəqədi RPİ-də cinayət məcəlləsinin 185-ci (talama məqsədi olmadan nəqliyyat vasitələrini qaçırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Xəbər lenti
0