10:25 21 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Tbilisidə yanğın

Gürcüstan paytaxtında həyəcanlı anlar - İrimiqyaslı yanğın baş verib

Sputnik/Alexander İmedashvili
XƏBƏRLƏR
Qısa URL
192 0 0

Tbilisi şəhərinin mərkəzində yerləşən böyük əşya bazarında yanğın baş verib

BAKI, 27 fevral — Sputnik. Gürcüstan paytaxtında həyəcanlı anlar yaşanmaqdadır.

Tbilisi şəhərinin mərkəzində yerləşən böyük əşya bazarında yanğın baş verib. Əraziyə təqribən 35 yanğınsöndürmə briqadası cəlb olunub.

Sputnik Gürcüstan xəbər verir ki, yanğının səbəbləri hələlik məlum deyil. Tbilisinin meri Kaxa Kaladze hadisə yerinə gedib.

Bazarda yerləşən dükanların sahibləri öz mallarını xilas etməyə çalışırlar. Təcili yardım briqadaları və patrul polisinin nümayəndələri hadisə yerinə cəlb edilib. Hazırda 35 yanğınsöndürmə briqadası hadisə yerindədir.

Bazara bitişik ərazilər təcrid edilib, nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

Əlaqədar

Polisin səhlənkarlığı Gürcüstanda azərbaycanlının həyatı bahasına başa gəldi
Gürcüstanda azərbaycanlıların mədəni “soyqırımı”: Nələr baş verir?
İstanbulu qana boyayan şəxs Tbilisidə öldürüldü
Müdafiə nazirləri Tbilisidə bir araya gələcəklər
Teqlər:
patrul, bazar, yanğın, Kaxa Kaladze, Tbilisi, Gürcüstan

Əsas mövzular