CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlikdən əhaliyə xəbərdarlıq

© Sputnik / Murad OrujovУлица Низами – одна из оживленных улиц в центре Баку
Улица Низами – одна из оживленных улиц в центре Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir

BAKI, 26 fevral — Sputnik. Bakıda və Abşeron yarımadasında fevralın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, səhər bəzi yerlərdə zəif duman olacaq.

Карета скорой помощи в Баку, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Hava şəraiti cənub bölgəsində fəlakətə səbəb oldu

Gecə və səhər arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 27-də bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti
0