01:37 21 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.8846
Afrin

Terrorçulara silah daşıyan konvoy belə vuruldu - VİDEO

© REUTERS / Osman Orsal
XƏBƏRLƏR
Qısa URL
505 0 0

Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birlikdə Afrində “Zeytun budağı” adlı əməliyyatını davam etdirir

BAKI, 23 fevral — Sputnik. Türkiyənin döyüş təyyarələri Afrinə silah-sursat daşıyan 30-40 avtomobildən ibarət maşın karvanını vurub. Sputnik Azərbaycan xəbər verir ki, görüntüləri Türkiyə Silah Qüvvələrinin Baş Qərargahı internetdə paylaşıb.

“PKK/PYD-YPG və İŞİD terror qruplaşmalarına aid 30-40 avtomobildən ibarət kartej Afrinin cənub-şərqindən şəhərə daxil olmağa cəhd edib. Onlar PYD-li terrorçulara silah-sursat daşıyırmış. 15 km məsafədə yerləşən kartej təsbit edilərək havadan bombalanıb. Atəş nəticəsində mülki sakinlərə zərər dəyməyib”, — Baş Qərargahıdan bildirilib.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birlikdə Afrində “Zeytun budağı” adlı əməliyyatını davam etdirir. Bir aydır davam edən əməliyyat nəticəsində 1873 terrorçu məhv edilib. Yüzə yaxın yaşayış məntəqəsi və strateji yüksəkliklər PYD-dən azad edilib.

Əlaqədar

Türk ordusu terrorçuların axırına çıxır
Türk ordusu hücuma məruz qalıb, şəhid və yaralılar var
Türk ordusu irəliləyir, öldürülən terrorçuların sayı artır
Türk ordusu 12 gündə məhv etdiyi terrorçuların sayını açıqlayıb
Türk ordusu Afrində PYD postunu belə ələ keçirdi - VİDEO
Teqlər:
Türkiyə Silah Qüvvələri, "Zeytun budağı", Afrin, PYD, Türkiyə, terrorçu, silah, avtomobil

Əsas mövzular